Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? (AÇIQLAMA)
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Badamdarda sürüşmə ərazisində yolun uzun müddətdir bağlı qalması sürücülər və ərazidə yaşayan sakinlər üçün ciddi narahatlıq yaradıb. Yolun bağlanmasından sonra alternativ istiqamətlərdən istifadə etmək məcburiyyətində qalan vətəndaşlar yolun nə vaxt bərpa olunaraq istifadəyə veriləcəyini gözləyirlər.
Qaynarinfo avtosfer.az-a istinadən xəbər verir ki, söhbət Səbail rayonu, Badamdar qəsəbəsi ilə 20-ci sahə istiqamətində avtomobil yolundan gedir. 5 aprel 2026-cı ildə ərazidə sürüşmə təhlükəsinin yaranmasından sonra yolun aşağı hissəsindən keçən avtomobillərin hərəkəti təhlükəsizlik məqsədilə müvəqqəti olaraq dayandırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, əraziyə baxış keçirilib, vəziyyət qiymətləndirilib və yolun bağlanması barədə qərar qəbul edilib. Vətəndaşlar yaşadıqları ərazilərə ən yaxın yol olan bu ərazinin nə vaxt istifadəyə veriləcəyindən xəbərsizdir.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Cavidan İbrahimli küçəsində (Badamdar qəsəbəsi ilə 20-ci sahəni birləşdirən yol) cari ilin mart və aprel ayları ərzində yağan intensiv yağışlar nəticəsində sürüşmə prosesi aktivləşmiş, bununla əlaqədar olaraq, təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədilə sözügedən yol aidiyyəti qurum tərəfindən müvəqqəti olaraq bağlanmışdır.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, sözügedən məsələ ilə əlaqədar aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Araşdırma tədbirləri və layihələndirməyə hazırlıq işləri həyata keçirilir:
“Bu çərçivədə, hazırda Fövqəladə Hallar Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi və Yaponiyanın "Shinyei Kaisha" şirkətinin mütəxəssisləri tərəfindən ərazidə geoloji tədqiqat işləri aparılır. İşlər yekunlaşdıqdan sonra ərazidə müvafiq tədbirlərin görülməsinə başlanılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Baxış sayı:149
Bu xəbər 08 Sentyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















