BAEA ABŞ və İsrailin oyuncağına çevrilib Məhəmməd İslami
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranda bombardman edilmiş obyektlərin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən yoxlanılması qanuni qərarlardan asılıdır.
"Report" xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.
"Agentlik (BAEA-red.) ABŞ və İsrailin oyuncağına çevrilib", - o bildirib.
M. İslami BAEA-nın nizamnaməyə uyğun və siyasi təzyiqlər olmadan fəaliyyət göstərməsini gözlədiklərini xatırladıb: "Hərbi hücumun hədəfi olan bütün mərkəzlər əvvəllər Agentlikdə qeydiyyatdan keçmiş və yoxlanılırdı; Agentliyin susması və bu hücumları pisləməməsi onun səlahiyyət və müstəqilliyini şübhə altına alır.
Agentliyin zərər görmüş obyektlərə baxış keçirməsi üçün Vaşinqton və Təl-Əvivin təzyiqi onların öz hərbi əməliyyatlarının nəticələrini qiymətləndirmək məqsədi daşıyır; lazımi təhlükəsizlik qaydaları və protokolları hazırlanana qədər, parlamentin qanununa əsasən bu mərkəzlərin yoxlanılması iddiası qəbuledilməzdir".
Onun sözlərinə görə, zərbəyə məruz qalmayan obyektlər təminat sazişinə uyğun olaraq yoxlanılıb, lakin ölkə hələ də müharibə şəraitindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 26 Avqust 2026 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















