Icma.az
close
up
RU
BAEA İrana qayıdır, amma əsas obyektlərə giriş icazəsi verilməyib Qrossi

BAEA İrana qayıdır, amma əsas obyektlərə giriş icazəsi verilməyib Qrossi

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İrandakı inspeksiyalara qayıdıb, amma əsas obyektlərə girişi hələ də mümkün deyil.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata açıqlama verən Agentliyin baş direktoru Rafael Qrossi bildirib.

"Bu, hazırda İranda qarşılaşdığımız ən mühüm məsələdir", - deyə Qrossi, iyun ayında İranın nüvə obyektlərinə edilən zərbələrdən sonra inspeksiyaların bərpa edilməsi ilə bağlı irəliləyişin olub-olmaması və BAEA mütəxəssislərinin Natanza, İsfahanda və Fordoda yerləşən obyektlərə nə vaxt geri qayıda biləcəyi barədə suala cavab verərkən qeyd edib.

Qrossi əlavə edib ki, Agentlik inspeksiya fəaliyyətini bərpa edib, amma bu fəaliyyət çox məhduddur. "Biz yalnız zərbələrə məruz qalmayan obyektlərə daxil ola bilirik. Bu, o qədər də pis deyil, çünki bu obyektlər razılaşdırılmış inspeksiya siyahısına daxildir. Bu bizim üçün önəmlidir. Lakin, əlbəttə ki, Natanza, İsfahanda və Fordoda yerləşən digər üç obyekt daha da vacibdir, çünki burada hələ də böyük miqdarda nüvə materialları və avadanlıqları mövcuddur və biz oraya geri qayıtmalıyıq", - deyə BAEA-nin rəhbəri bildirib.

İsrail 13 iyun gecəsi İran əleyhinə əməliyyata başlayıb, İranı gizli hərbi-nüvə proqramını həyata keçirməkdə ittiham edərək, hava hücumları və diversiya qruplarının hücumlarını təşkil edib. Hədəf alınan obyektlər arasında nüvə obyektləri, generalitet, tanınmış nüvə fiziki alimləri və hava bazaları olub.

İran bu ittihamları rədd edərək, öz hücumları ilə cavab verib. Hər iki tərəf 12 gün ərzində biri-birinə qarşılıqlı zərbələr vurublar və ABŞ da buna qoşulub, 22 iyun gecəsi İranın nüvə obyektlərinə bir dəfəlik hava zərbəsi endirib. Bunun ardınca, Tehran 23 iyun axşamı ABŞ-ın Qətərdəki Əl-Udeyd bazasına raket zərbələri endirərək bildirib ki, İran tərəfi daha da artan eskalasiyaya getmək niyyətində deyil.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Dekabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri