“Bağça şəhər”dəki yanğında xəsarət alan var
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sumqayıt şəhərində yerləşən “Bağça şəhər” yaşayış kompleksində yeni inşa edilən binada dünən baş verən yanğınla bağlı bəzi təfərrüatlar məlum olub.
Bakupost.az -a daxil olan məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Qeyd olunur ki, yanğın içərisində boyalar olan anbarda baş verib.
"Çox güman ki, anbarda qaynaq işləri aparılırmış. Nəticədə yanğın başlayıb. Hadisə nəticəsində anbarda çalışan işçilərdən birinin ayaqları yanıb", - deyə saytımızın mənbəsi bildirib.
Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.
Lalə, BakuPost

Sədərək dəki yanğında xəsarət alanların sayı artdı YENİLƏNİB
24 Avqust 2025 19:51
“Sədərək”dəki yanğında nə qədər insan xəsarət aldı? RƏSMİ
24 Avqust 2025 19:52
Rüşvət alan bağça müdiri həbs olundu
29 İyul 2025 14:20
Bağça müəllimlərinin DİQQƏTİNƏ
08 Aprel 2025 10:20
Bağça müəllimlərinin diqqətinə!
28 İyul 2025 21:35

