Icma.az
close
up
RU
Bağçada uşağı döyən müəllimlərə hansı cəza verilməlidir?

Bağçada uşağı döyən müəllimlərə hansı cəza verilməlidir?

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Aydan Hacının yeni yazısını təqdim edir.

Yenə də sosial şəbəkələrdə adamın qanını qaraldan video yayılıb...

Lənkəranda yerləşən “Kaspi Kids” uşaq bağçasında uşaqlara qarşı tətbiq edilən şiddətə dair videolar sosial şəbəkələri silkələyir.

Artıq uzun illərdir ki, belə hallarla bağlı xəbərdarlıqlar, araşdırmalar, məlumatlandırma kampaniyaları aparılır. Amma görünür, hələ də dəyişən nəsə yoxdur. Vəziyyət eyni cür qalıb, bəlkə də, daha da pisləşib.

İlk növbədə onu vurğulamaq lazımdır ki, heç bir valideyn uşağını öz xoşbəxtliyi üçün bağçaya göndərmir.

Hamının öz səbəbi var: kimisi işlədiyi üçün, kimisi uşağın sosiallaşması və təhsil alması üçün, kimisi isə sadəcə məcburiyyət qarşısında qalaraq uşağını bağçaya göndərir.

Mən də övladlarımı bir yaşları tamam olmadan bağçaya yazdırmışam. Mənim bağçaya göndərmək səbəbim isə məcburiyyət idi. İşimlə əlaqədar olaraq göndərməli idim.

İlk vaxtlar özəl bağçaya göndərirdim, orada anam işləyirdi, kamera nəzarəti var idi, ona görə də elə ciddi problemlərlə qarşılaşmırdım. Amma sonradan böyük oğlumda davranış pozuntuları müşahidə etdim. Buna səbəb də bağçanın müəllim adı qoyduğu, amma pedaqoq olmayan şəxslərin uşaqlara düzgün yanaşmaması idi.

Müəllim olmaq uşağı qışqıraraq, bağıraraq sakitləşdirmək deyil, uşağı o həddə çatdıracaq şəraiti yaratmamaqdır. Uşaq müəllimdən qorxmamalıdır, amma bir baxışı ilə onun nə demək istədiyini anlamalıdır. Onsuz da uşaq dediyimiz günün 6-7 saatını dörd divar arasında sakit şəkildə keçirə bilməz axı. Ona görə də bağçalarda, elə ibtidai siniflərdə də uşaqlara uşaqlığını yaşaya biləcəyi mühiti yaratmaq lazımdır.

Bu cür narazılıqları gördüyüm üçün, ilk olaraq böyük oğlumu dövlət bağçasına – Nizami rayonundakı 129 saylı körpələr evi və uşaq bağçasına qoydum. Orada vəziyyət fərqli oldu. Uşaq həvəslə gedirdi. Biz də öz növbəmizdə yeməklərindən də, baxımdan da razı qalmağa başladıq. Tədbirlər, bayramlar yüksək səviyyədə keçirilirdi. İndi balaca oğlumu da həmin bağçaya göndərirəm. Yol uzaq olsa d,a başqa yerə keçmək fikrim yoxdur. Məktəbəqədər hazırlığı belə orada davam etmişdik və birinci sinifə tam hazır formada getmişdik.

Tək narazılığım təmir məsələsidir. Bir az zəifdir, amma ümumilikdə dövlət bağçasını özəl bağçalardan üstün tuturam.

Bağçalarla yanaşı uşaq evlərində də vəziyyət çox pisdir. Tez-tez ordan da belə şikayətlərlə qarşılaşırıq. İnsan nə qədər vicdansız ola bilər ki, körpə uşağın yeməyinə, içməyinə göz diksin. Bu şeyləri gördükdən sonra yardım belə etməyə adamın əli gəlmir ki, onsuz da öz ciblərinə gedəcək...

Bizim sinifdə uşaq evindən bir oğlan var idi. Valideynlər olaraq, hər dəfə onun üçün yemək və su göndərirdik. Sonra uşaq evinin rəhbərliyi qəti şəkildə əmr verdi ki, o uşağa heç bir halda, heç nə vermək olmaz. Hər səhər dərsə gəlirdi, günorta gedənə qədər su belə içmirdi. Hansı səbəblə? Nə üçün? Niyə? Bu suallara kim cavab verəcək? Deyək ki, zəhərlənmə hallarından qorxursunuz. Su da zəhərləyəcək uşağı? Ya da özünüz niyə yeməyə heç nə qoymursunuz. Bunun adı tərbiyə deyil...

Son illər sosial şəbəkələrdə yayılan zorakılıq videoları isə ürəkağrıdan hallardan biridir. Ən çox da pedaqoqlara diqqət edirəm. Hörmətli müəllimlər, əgər əsəb probleminiz varsa, özünüzü idarə edə bilmirsinizsə, uşaqları sınaq obyektinə çevirməyin. Uşaqlar sizin "eksperiment siçanları"nız deyil. Bəli, valideynlər də bəzən övladları ilə sərt davranır, amma unutmayın ki, valideyn övladına göstərdiyi əzab-əziyyəti siz heç vaxt hiss etmirsiniz. Siz bu işi seçmisiniz, maaş alırsınız və uşaqlara qarşı münasibətiniz məsuliyyət tələb edir. Heç kim uşağını sizin üzərinizə atıb getmir.

Uşaqlarımızın ilk sosial mühiti olan bağçalar onların inkişafında böyük rol oynayır. Amma təəssüf ki, bəzi hallarda bağçalar zorakılığın məkanına çevrilir. Fiziki və psixoloji zorakılıq uşağın gələcək həyatına ağır zərbə vurur, onların inam və təhlükəsizlik hissini sarsıdır. Bu, cəmiyyətimiz üçün böyük təhlükədir.

Bağçalarda zorakılığa qarşı mübarizə yalnız valideynlərin yox, dövlətin, təhsil sisteminin və bütövlükdə cəmiyyətin məsuliyyətidir. Şəffaf nəzarət mexanizmləri gücləndirilməli, müəllimlərin peşəkarlığı artırılmalı, zorakılıq hallarına dərhal reaksiya verilməlidir. Uşaqların hüquqları heç bir halda pozulmamalıdır. Hər kəs oradakı uşaqlara öz övladı kimi yanaşmağı bacarsa, bu cür hallarla əsla qarşılaşmarıq.

Ancaq təəssüf ki, vəziyyət başqa cürdür. Müəllimlərin və baxıcıların zorakılığı gizlədilir, ört-basdır olunur. Valideynlərin etirazları laqeydliklə qarşılanır, məsuliyyət daşıyan qurumlar isə formal yoxlamalarla işin üstünü örtürlər. Dövlət qurumlarının bu mövzuda göstərdiyi yanaşma sanki problemi gizlətməkdən başqa bir şey deyil.

İctimai nəzarət çox zəifdir, qanunlar isə lazımi səviyyədə tətbiq edilmir.

Bu, artıq təkcə uşaqların deyil, bütün cəmiyyətin problemi olmalıdır. Uşaqlarımızın sağlamlığı və təhlükəsizliyi üçün hamımızın – valideynlərin, müəllimlərin, dövlət orqanlarının – birlikdə səylər göstərməsi vacibdir.

Sonda məni maraqlandıran əsas məsələni də qeyd edim. Bu müəllimlər tam olaraq nəyə güvənərək uşaqlarla bu cür rəftar edirlər? Bu qədər ifşa videoları yayılır, buna baxmayaraq, yenə də kamera önündə bu qədər rahat hərəkət edirlər. Deməli, cəzası yoxdur ki, belə rahat davrana bilirlər. Bizə də gözdən pərdə asmaq üçün deyilir ki, həmin müəllim işdən "qovulub". Lap guya qovulsa nə olacaq? Bir müddət sonra uşağımızı qolumuza taxıb düşəcəyik psixoloq yollarına...

Unutmayın, biganə qaldığımız hər şey bizim olmasa da, övladlarımızın qarşısına mütləq çıxacaq.

Yaşar Nurinin həyat yoldaşı: "Dörd ildir zəng eləyirəm, nazir məni qəbul etmir" - Müsahibə Daşdan-daşa dəydi başım o zaman - Günün şeiri Müşfiq Abbasovla görüş keçirilib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 May 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri