Icma.az
close
up
RU
Bağçalara qəbul başladı, amma əsas problem hələ də qalır Valideynlər nə etsin?

Bağçalara qəbul başladı, amma əsas problem hələ də qalır Valideynlər nə etsin?

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesinə start verilib.

Bu yenilik minlərlə valideyn üçün müraciət prosesini asanlaşdırmağı hədəfləyir. Ancaq qəbuldan sonra valideynləri narahat edən problemlər hələ də qalır. Paytaxtda dövlət bağçalarının sayının kifayət edib-etməməsi, iş saatları və uşaqların qidalanması ilə bağlı suallar beynləri yorur.

“QHT rəhbəri, reabilitasiya mərkəzinin direktoru və 30 illik pedaqoji təcrübəyə malik müəllim kimi deyə bilərəm ki, məktəbəqədər təhsildə əsas məqsəd hər bir uşağın keyfiyyətli təhsilə, sağlam inkişaf mühitinə və qayğıya bərabər çıxışını təmin etməkdir. Sezar pizza

Bunu “Yeni Sabah”a “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bildirib.

O qeyd edib: “Məktəbəqədər təhsil uşağın şəxsiyyət kimi formalaşmasının, sosial bacarıqlarının inkişafının və gələcək təhsil həyatının təməlini qoyan ən vacib mərhələlərdən biridir. Bu baxımdan elektron qəbul sisteminin tətbiqi şəffaflığın artırılması və valideynlərin müraciət prosesinin asanlaşdırılması baxımından müsbət addımdır. Lakin bu sahədə əsas diqqət yalnız qəbul prosesinə deyil, göstərilən xidmətin keyfiyyətinə də yönəldilməlidir”.

QHT sədri bildirib ki, paytaxt və digər iri şəhərlərdə dövlət bağçalarında yer problemi qalır:

“Tələbat yüksəkdir və mövcud yerlər hər zaman bütün müraciətləri qarşılaya bilmir. Bununla yanaşı, bağçaların iş rejimi, uşaqların təhlükəsizliyi, qidalanması, psixoloji rahatlığı və inkişafına yönəlmiş tədris mühiti daim nəzarətdə saxlanılmalıdır. İşləyən valideynlərin ehtiyacları da nəzərə alınmalı, müəssisələrin fəaliyyəti müəyyən edilmiş qaydalara uyğun təşkil edilməlidir.

Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması, maddi-texniki bazanın gücləndirilməsi, peşəkar kadr hazırlığının davamlı şəkildə inkişaf etdirilməsi, qidalanma və təhlükəsizlik standartlarına ciddi nəzarətin təmin olunması, eyni zamanda, valideynlərlə əməkdaşlığın daha da möhkəmləndirilməsi bu sahənin inkişafına mühüm töhfə verəcək.

Unutmamalıyıq ki, uşaqlara qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Sağlam, təhlükəsiz və keyfiyyətli məktəbəqədər təhsil mühiti gələcək nəsillərin hərtərəfli inkişafının əsas təminatıdır”.

Xatırlatma: Azərbaycanda hazırda təxminən 1700 dövlət bağçası, 200-ə yaxın isə özəl bağça fəaliyyət göstərir. Dövlət bağçalarında təlim-tərbiyə prosesinə cəlb edilən uşaqların sayı 106 800 ilə 107 500 arasında dəyişir. 

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 İyul 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri