Bağçalara qəbulla bağlı VACİB XƏBƏR
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması 19 may tarixindən müvəqqəti dayandırılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Sözügedən tarixdən etibarən bq.edu.az portalı vasitəsilə həyata keçirilən yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılacaq.
Bununla yanaşı, fasilə müddətində sistemdə olan, lakin hələ təsdiqlənməmiş sorğular silinəcək.
Qeyd edək ki, bq.edu.az vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir.
Baxış sayı:159
Bu xəbər 15 May 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















