Bağçalara tərbiyəçi müəllimlərin işə qəbulu üzrə test imtahanı başa çatdı
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə test imtahanı başa çatıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) "Unikal"a verilən məlumata görə, imtahanda ümumilikdə 4 371 namizəd iştirak edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələrinin nəticələri idarələrin rəsmi internet saytlarında və sosial şəbəkə hesablarında dərc olunacaq.
Keçid balını toplamış və vakansiya seçimi etmiş namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimetmə, məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq, peşəyə yanaşma və dəyərlər istiqamətlərində suallar təqdim ediləcək. Müsahibə mərhələsində uğur qazanan və test imtahanında ən yüksək nəticə göstərən namizədlər işə qəbul ediləcək, uğur qazanmış digər iştirakçılar isə ehtiyat siyahısında saxlanılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 23 Oktyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















