Icma.az
close
up
RU
Bağçalarda vermişel əvəzinə balıq Yeni tələb

Bağçalarda vermişel əvəzinə balıq Yeni tələb

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Tibb və təhsil müəssisələri, sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsası yaradılacaq və yeni qida normaları müəyyən ediləcək.

Bu məsələ Milli Məclisin  mayın 21-də  keçirilən iclasında müzakirə olunan "Yaşayış minimumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən ediləcək.
 ”Şherq.az” mövzu ilə bağlı yazır ki, məhz üzərindən 11 illik müddət keçməsi nəzərə alınaraq minimum istehlak səbətinin və buna müvafiq olaraq da qida ilə bağlı yeni normaların müəyyənləşməsinə ehtiyac var. Normalar necə müəyyənləşəcək, gündəlik tələbatı ödəyəcək səviyyədəmi olacaq, yenilənmiş qaydalar açıqlanan zaman bilinəcək. Məsələ tibb və təhsil müəssisələrini, sosial sahəyə aid müəssisələri əhatə etdiyindən xüsusilə vacib görünür. Məsələn, xəstəxanalarda xəstələrin gündəlik yemək rasionu necə dəyişəcək, yaxud uşaq bağçaları, orta məktəb bufetlərində, həmçinin uşaq evləri, internat məktəbləri, sosial sığınacaqlarda gündəlik yemək norması necə müəyyənləşəcək?

Ekspert sayta deyib ki,  məsələn, 0-15 yaş arası uşaqlar üçün ət və ət məhsullarının illik norması 29.6 kiloqramdır. Bu, ay ərzində 2 kiloqram ət deməkdir. 365 günün hər birinə təxminən cəmi 12 qram ət düşür. 2 kiloqram ət 30 gün ərzində yeyilməlidir. Bu, nə deməkdir, yəni bir uşaq ayda cəmi 2 kiloqram ət yeyəcək. Düzdür, bu, minimum göstəricidir. Amma maksimumun nə qədər olduğunu necə bilək?  Uşaq bağçaları aylıq nə qədər ərzaq alır və bu ərzağın içində ətin ümumi çəkisi nə qədərdir? Məsələn, meyvənin illik miqdarı 76 kiloqram göstərilib, əvvəlki istehlak səbətində. Bununla hər uşağa gündə 5-6 qram meyvə düşür. Bu meyvənin hansı meyvələrdən nədən ibarət olduğu bilinmir. Hər uşaq hər gün azı 1 alma, 1 kök, müxtəlif tərəvəzlər yeməlidir. Sağlam olmaq üçün. Verilirmi bu uşaqlara? Balıq məhsullarının çəkisi lap azdır. Halbuki məhz balıq məhsulları orqanizmin zəruri ehtiyacı olan D vitamininin daşıyıcılarıdır.

Xatırladaq ki, hazırda dövlət uşaq bağçaları (məktəbəqədər təhsil müəssisələri) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyindədir. Bu, 2022-ci ildən etibarən qüvvəyə minən yeni inzibati dəyişikliklər əsasında həyata keçirilib. Məqsəd məktəbəqədər təhsildə idarəetməni mərkəzləşdirmək, tədris və qidalanma standartlarını vahid sistemlə tənzimləməkdir.

Ərzaq dövlət bağçalarına necə alınır və necə verilməsinə gəldikdə, Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət satınalmaları qaydasına uyğun tender prosedurları keçirilir. Qalib gələn şirkətlər ərzaq məhsullarını bağçalara birbaşa çatdırırlar. Bağçalarda verilən yeməklər müəyyən edilmiş gündəlik rasionlar əsasında hazırlanır. Bu rasionlar “minimum istehlak səbəti” göstəricilərinə əsaslanır (hazırda bu normaların yenilənməsi prosesi gedir). Qida keyfiyyətinə və sanitar qaydalara bağça rəhbərliyi, yerli təhsil idarələri, bəzən Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edir.

Bəs hazırda uşaq evlərində və internat məktəblərində təklif edilən yemək rasionları hansı real göstəricilərlə ölçülür və nə qədər effektivdir?

Dövlət bağçalarına aylıq hansı növ ərzaqlar verilir və bu ərzaqların çəkisi uşaqların yaş və inkişaf ehtiyaclarına uyğundurmu?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, həm təhsil müəssisələrində, o cümlədən müvafiq sosial sahələrdə - yaşlıların sığınacaqlarında, əqli qüsurlu uşaqların olduğu müəssisələrdə qidalanma dövlət tərəfindən təmin olunur:

"Buna görə də, əlbəttə, bu sahə ilə bağlı müvafiq normativlər aidiyyəti qurumlar tərəfindən hazırlanır və təqdim olunur. Sonuncu dəfə bu istiqamətdə qərar 1994-cü ildə qəbul edilib və həmin qərar bu gün də qüvvədədir. Məsələn, valideynlərini itirmiş uşaqlar üçün nəzərdə tutulan qidalanma normaları hələ də həmin qərara əsasən saxlanılır. Söhbət Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli qərarından gedir.

Uşaq bağçaları, uşaq evləri, məktəbəqədər sanatoriyalar üzrə hər bir uşağa nə qədər çörək, birinci növ, ikinci növ yeməklər, kartof, meyvələr, kərə və bitki yağı, süd, kəsmik, ət, toyuq əti, balıq, pendir və digər qida məhsulları düşdüyü, Nazirlər Kabinetinin qəbul etdiyi həmin qərarda öz əksini tapıb.
Hazırda, qeyd olunduğu kimi, Milli Məclisdə “Yaşayış minimumu haqqında” qanunda dəyişikliklərlə bağlı müzakirələr gedir. Əgər orada indiyə qədər müəyyən olunmuş normativlər aşağı səviyyədə təsbit olunubsa, bu, doğru yanaşma deyil. Çünki istər ət, balıq, istərsə də digər qidalar baxımından biz düşünməliyik ki, 1 yaşa qədər olan körpələr, 1-3 yaş arası uşaqlar, həmçinin bəzi müəssisələrdə 9-10, bəzən də 16-17 yaşadək şəxslər də qidalanma ilə təmin olunurlar.

İstər körpələr evi, istər məktəbəqədər təhsil müəssisələri olsun, bu kateqoriyalarda uşaqların qidalanması, xüsusən də kalori dəyəri yüksək olan məhsulların verilməsi vacibdir. Ona görə də daha dəqiq qərar qəbul olunması üçün Qida Təhlükəsizliyi Agentliyi bu məsələdə iştirak etməlidir. Müvafiq qurumların rəyi alınmalı, bu rəy əsasında normativlər hazırlanmalıdır.

Hər bir şəxsə norma çərçivəsində qida təqdim olunmalıdır – normadan aşağı qidalanma düzgün deyil. Biz bu məsələni aşağı yaş kateqoriyası üçün izah edirik, amma digər istiqamətlər də var. Məsələn, Sosial Xidmətlər Agentliyinin tabeliyində olan ahıllar və əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş xidmət müəssisələrində də yaşayış minimumu nəzərə alınaraq, qidaların normadan aşağı təqdim olunması risklidir və bu da düzgün yanaşma sayılmaz".

Ekspert bildirir ki, bu sahədə bağçalar daha strateji istiqamətdir:

"Ona görə də konkret olaraq hər bir şəxs üçün nəzərdə tutulan bütün qidalar norma çərçivəsində verilməlidir, normadan aşağı qidalanma yolverilməzdir. Məsələn, bir uşağa ayda cəmi 2 kiloqram ət düşməsi fikrimcə doğru deyil. Bu, ən azı 4-5 kiloqram olmalıdır".

Təhsil eksperti Elşən Qafarov isə xatırladıb ki, 2011–2021-ci illərdə məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyəti orqanlarının tabeliyində olub:

"Məhz bu 10 il ərzində məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun qurulmasında çox ciddi problemlər yaşanıb. O cümlədən, qida təminatı məsələsində də kifayət qədər neqativ hallara yol verilib.

2022-ci il yanvarın 1-dən ölkə Prezidentinin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra bu sahədə bir çox istiqamətlərdə ciddi və müsbət dəyişikliklər baş verib. O cümlədən, məktəbəqədər təhsil müəssisələrində təhsil alanların qida təminatı məsələsində də dönüş yaranıb. Hazırda biz ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində bu istiqamətdəki dəyişikliklərin əyani şahidiyik.

Lakin çox təəssüf ki, bəzi məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri hələ də 5-10 il öncənin baxışları və fikirləri ilə yaşayır, uşaqlara ayrılan qidanı mənimsəməklə məşğul olurlar. Təhsil idarəetmə orqanları bu məsələ ilə bağlı nə qədər mübarizə aparsalar da, hələ ki, sistemli iş qura bilməyiblər.

Bununla yanaşı, işini düzgün və şəffaf quran məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri də az deyil. Valideynlər övladlarını həmin müəssisələrə göndərərkən qida təminatının normalara uyğun təşkil olunduğunun şahidi olurlar.

Xüsusilə də regionlarda qida təminatı ilə bağlı bəzi məktəbəqədər təhsil müəssisələrinin rəhbər və işçilərinin cinayət xarakterli əməllərinə, ərzaqların başqa istiqamətlərə yönəldilməsinə dair faktlara da rast gəlirik.

Ümumilikdə isə etiraf etmək lazımdır ki, xüsusilə 2022-ci ildən sonra məktəbəqədər təhsil müəssisələrində qida təminatı baxımından vəziyyət müsbətə doğru dəyişib. Arzu edirik ki, nəzarət sistemi də düzgün qurulsun və uşaqların qida təminatı üçün ayrılmış normativlər olduğu kimi tətbiq edilsin.”

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyun 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see167

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri