Bağdad hava limanında ABŞ obyektlərinə silsilə hücumlar edilib
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İraqın təhlükəsizlik rəsmiləri bildiriblər ki, bazar günü gecə saatlarında Bağdad Beynəlxalq Hava Limanında yerləşən ABŞ-yə məxsus diplomatik və logistika mərkəzi bir neçə dəfə hücuma məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, AFP agentliyinə danışan yüksək vəzifəli təhlükəsizlik mənbəsinin sözlərinə görə, “sübh tezdən raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin yerləşdiyi əraziyə səkkiz ayrı hücum həyata keçirilib”. O əlavə edib ki, bir neçə raket bazanın yaxınlığına düşüb.
Digər təhlükəsizlik rəsmisi isə ən azı altı hücumun baş verdiyini təsdiqləyib. Polis mənbələri hava limanının yaxınlığındakı Bağdad məhəllələrindən birində raket buraxıcı qurğunun aşkar edildiyini bildiriblər.
Məlumata görə, hücumlardan əvvəl şənbə günü ABŞ tərəfi hava limanından bir neçə mərhələli təxliyə həyata keçirib.
ABŞ Dövlət Departamentinin sözçüsü isə bildirib ki, Bağdaddakı diplomatik missiya “çıxmaq əmri verilənədək fəaliyyətini davam etdirəcək”. O vurğulayıb ki, İraqdakı ABŞ komandası əməkdaşların və obyektlərin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri nəzərdən keçirməkdə davam edir.
Bu mövzuda digər xəbərlər:ABŞ Bağdad səfirliyindən işçilərini çıxarmağa hazırlaşır
12 İyun 2025 00:45
ABŞ Bağdad səfirliyindəki bəzi diplomatları geri çağıracaq
11 İyun 2025 23:53
Bağdad metrosunun tikintisinə başlanacaq
27 May 2025 04:49
Bağdad: “Sanksiyalar təhdidi olmayıb”
23 Fevral 2026 13:40
ABŞ nin Bağdad səfirliyi raket hücumuna məruz qadı
17 Mart 2026 10:40
Baxış sayı:115
Bu xəbər 22 Mart 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















