Bağdadda kəşfiyyat binasına PUA hücumu 1 əsgər həlak oldu
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İraqın paytaxtı Bağdadda yerləşən Milli Kəşfiyyat Agentliyinin binasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İraq Təhlükəsizlik Media Şəbəkəsinin rəhbəri Səəd Maan bildirib ki, hücum Bağdadın Mənsur rayonunda yerləşən agentliyin binasına qarşı həyata keçirilib.
Milli Kəşfiyyat Agentliyinin yaydığı açıqlamada qeyd olunub ki, bina ətrafı qanunsuz silahlı qruplar tərəfindən terror hücumuna məruz qalıb. Nəticədə bir zabit həyatını itirib.
Qurum hücumu agentliyin fəaliyyətinə mane olmaq üçün "uğursuz cəhd” kimi qiymətləndirib və vurğulayıb ki, bu cür hücumlar onların fəaliyyətini dayandıra bilməz.
Açıqlamada həmçinin bildirilib ki, hadisəyə görə məsul şəxslərin müəyyən edilərək ədalət mühakiməsinə cəlb olunması üçün əməliyyatlar davam etdirilir.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 21 Mart 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















