Icma.az
close
up
RU
Bağırsaq sağlamlığı üçün 6 dadlı yemək əlavəsi Diyetoloqlar açıqladı

Bağırsaq sağlamlığı üçün 6 dadlı yemək əlavəsi Diyetoloqlar açıqladı

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ədvalar və müxtəlif əlavələr təkcə əsas yeməyə dad vermək üsulu deyil. Onların bəziləri prebiotiklər, probiotiklər və bağırsaq mikrobiomunu tarazlaşdıran, öz növbəsində sağlam həzm, immunitetin gücləndirilməsi və hətta əhval-ruhiyyənin yaxşılaşmasına kömək edən digər birləşmələr ehtiva edir. 

Qayanrinfo xəbər verir ki, "EatingWell" portalı öz rasionunuza daxil etməyə dəyər 6 effektiv və faydalı əlavəni açıqlayıb.

1. Fermentləşdirilmiş turşu tökülmüş tərəvəzlər

"Fermentləşdirilmiş tərəvəzlər bağırsaqlar üçün faydalı olan ən sevimli ədvalarımdan biridir. Siz takoya fermentləşdirilmiş qırmızı soğan səpələyə bilər, həmçinin rulonlara və sendviçlərə fermentləşdirilmiş turşu xiyar əlavə edə bilərsiniz", deyə sertifikatlı qidalanma mütəxəssisi Amanda Soseba bildirib. 

Fermentasiya qida maddələrinin mənimsənilməsini asanlaşdıraraq qidaların mənfəətliliyini artırır və bağırsaqların fəaliyyətini dəstəkləyən birləşmələrin miqdarını çoxaldır. Tədqiqatlar bunun həm də bağırsaq mikroflorasının inkişafına təsir etdiyini təsdiq edib.

Qeydiyyatdan keçmiş diyetoloq Keyt Skarlata gündə ən azı iki yeməyə fermentləşdirilmiş məhsul əlavə etməyi məsləhət görür.

2. Sirkə salınmış kələm

Tədqiqatlar sirkə salınmış kələmin bağırsaqların sağlamlığına kömək edən probiotiklər və liflərlə zəngin olduğunu təsdiq edir. Onu buterbrodlara əlavə etməyi, salatlara qatmağı və ya parlaq dad və bağırsaqlar üçün faydalı xassələr əldə etmək üçün dənli qabların üzərinə əlavə etməyi sınayın.

3. Kimçi

"Kimçini takoya, sendviçlərə və ya tostlara əlavə etmək asandır.Siz onu hətta ət qiyməsinə əlavə edə və ya salsa kimi istifadə edə bilərsiniz. Cəmi bir-iki qaşıq kimçi əlavə etmək istənilən yeməyin dadını yaxşılaşdıra bilər və eyni zamanda bağırsaqların sağlamlığını dəstəkləyə bilər", deyə idman diyetoloqu Roksana Ehsani bildirib.

Kimçidə həm fermentasiya prosesindən əldə edilən probiotiklər, həm də tərəvəzlərdən alınan liflər var, bu da onu bağırsaqların sağlamlığı üçün ikiqat faydalı edir.

4. Çili bibəri

Çili bibərinə kəskinlik verən birləşmə olan kapsaisin, bağırsaqlardakı xroniki ağrını azaltmağa kömək edə bilər. "Müntəzəm qəbul edildikdə, ağrını qəbul edən bağırsaq sinir hüceyrələrinin həssaslığının azalmasına səbəb ola, bu da beyinə ötürülən ağrı siqnallarının azalmasına gətirib çıxara bilər", detə diyetoloq Tamara Düker Freyman bildirib.

5. Hummus

Noxuddan hazırlanan hummus, bağırsaqlardakı faydalı bakteriyaları qidalandıran prebiotik kimi çıxış edən lif ehtiva edir. Diyetoloq Tobi Amidur onu sendviçlərdə və ya rulonlarda mayonezin sadə bir əvəzi kimi istifadə etməyi məsləhət görür, beləcə onlara qidalarını dəyişdirmədən kremli tekstura və qida dəyəri verir.

6. Yunan yoğurdu

Yunan yoğurdu, həzmi yaxşılaşdıran, sağlam mikrobiomu dəstəkləyən və diareya, qarın şişkinliyi və qəbizlik kimi mədə-bağırsaq problemlərini asanlaşdıran faydalı bakteriyalar olan probiotiklər təmin etməklə bağırsaqların sağlamlığını dəstəkləyir.

"Mən onu xama və ya mayonez əvəzinə istifadə edirəm. Ya da, lazımsız kalorilər olmadan mayonezin dadını istədiyim zaman, mayonez və yunan yoğurdunu 50/50 nisbətində qarışdırıram", deyə diyetoloq E.A. Styuart bildirib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri