Icma.az
close
up
RU
Bağırsaqdakı təhlükəli bakteriyalar xərçəngə necə kömək edir : Onkoloqun məsləhətləri

Bağırsaqdakı təhlükəli bakteriyalar xərçəngə necə kömək edir : Onkoloqun məsləhətləri

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Əksər insanlar üçün onkoloji xəstəliklər genetika, pis ekologiya və həyat tərzi ilə əlaqələndirilir. Lakin xərçəngin inkişafında mühüm rol oynayan daha bir daxili faktor var - bu, insan orqanizmində yaşayan patogen mikroblardır.

Oxu.Az-ın gazeta.ru-ya istinadla məlumatına görə, rusiyalı mütəxəssis Aleksandr Seryakov bağırsaq mikroflorası ilə onkoloji proses arasındakı əlaqə barədə danışıb.

O, qeyd edib ki, bu gün yoğun bağırsaqda yaşayan patogen mikrofloranın necə davrandığını hər kəs bilmir.

"Bizim bağırsağımız 100 trilyondan çox mikroorqanizmdən ibarət mürəkkəb ekosistemdır. Bu bakteriyalar qidanı həzm etməyə kömək edir, infeksiyalardan qoruyur, böyüklərdə və uşaqlarda immunitet formalaşdırır. Lakin onların balansının pozulması şişlərin inkişafı üçün şərait yarada bilər. İnsana dost olan bakteriyalar belə vəziyyətdə patogenlərə çevrilir. Onlar hüceyrələrin DNT-sini zədələyir, xroniki iltihab və onkoloji proseslər yaradır, bəzi hallarda hətta şiş əleyhinə terapiyanın effektivliyini azaldır", - deyə Seryakov qeyd edib.

Həkim bildirib ki, kolorektal xərçəngi xəstələrinin mikroflorasının klinik tədqiqatları onların bağırsağında əsasən "Fusobacterium nucleatum" (Plaut çöpü), "Bacteroides fragilis" (fragilis bakteroidi) və "Escherichia coli" bağırsaq çöpü kimi patogen və şərti patogen bakteriyalar üstünlük təşkil etdiyini göstərib.

"Bu ştamların hər biri onkoloji proseslərin inkişafına öz töhfəsini verir. Məsələn, xərçəng xəstələrində bağırsaq mikroflorasının təxminən 80%-nin fuzobakteriyalarla (Plaut çöpü) məskunlaşdığı məlumdur. Bu mikroorqanizmlər təkcə bağırsaqda iltihabi proseslər yaratmır, həm də bədxassəli şişlərin böyüməsini sürətləndirir.

Seryakov vurğulayıb ki, bağırsaqda fuzobakteriyaların, fragilis və "Escherichia coli"nin aktiv böyüməsi qoruyucu baryer rolunu oynayan faydalı bakteriyaların koloniyalarının əhəmiyyətli dərəcədə azalması fonunda baş verir. Mikrofloranın belə disbalansı qaçılmaz olaraq ciddi sağlamlıq nəticələrinə gətirib çıxarır.

"Bağırsaq mikroflorası onkoloji risklərin mühüm markerlərindən biridir. Xəstələrin skrininqi zamanı yoğun bağırsaq bakteriyalarının diqqətlə qiymətləndirilməsi selikli qişanın bədxassəli transformasiyasının mümkün risklərini proqnozlaşdırmağa və xərçəngin inkişafının qarşısını almağa kömək edə bilər", - deyə o, yekunlaşdırıb.

Qeyd edək ki, laktobakteriyalar və bifidobakteriyaları artırmaq üçün rasionumuzda yumşaq pendirləri, təbii qatığı, ayranı, turşuya qoyulmuş kələmi, fermentləşdirilmiş məhsulları, göyərtiləri, təzə meyvə-tərəvəzləri, tam taxılları, paxlalıları artırmalıyıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Fevral 2025 05:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri