Bağırsaqları öldürən məhsul AÇIQLANDI
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Kembric alimlərinin son araşdırmasına görə, süni dadlandırıcılar insan orqanizmi üçün düşünüldüyü qədər faydalı deyil.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bağırsaqları öldürən məhsul açıqlanıb.
Tədqiqatçılar süni dadlandırıcıların bağırsaq mikrobiotasının tarazlığını poza, qlükoza dözümsüzlüyündə rol oynaya və hətta sızan bağırsaq sindromuna səbəb olan bağırsaq mukozasına zərər verə biləcəyini ehtimal edirlər.
Bu yaxınlarda aparılan təcrübə zamanı əldə edilən məlumatlar süni dadlandırıcıların təkcə bağırsaqların deyil, bütövlükdə orqanizmin sağlamlığına mənfi təsir göstərdiyini aşkarlamağa kömək edib.
“Təcrübələrimiz ilk dəfə göstərir ki, qida və içkilərdə ən çox rast gəlinən bəzi dadlandırıcılar – saxarin, sukraloza və aspartam – bağırsaq bakteriyalarını patogen edə bilər. Nəticədə, bu, onların bağırsağa nüfuz etməsinə və infeksiya, sepsis və ya çoxlu orqan çatışmazlığının inkişafına səbəb ola bilər”, - tədqiqatın rəhbəri, professor Havovi Çiçqer vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 21 Yanvar 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















