Icma.az
close
up
RU
Bağışladığımı sandıqlarım unutduqlarımmış...

Bağışladığımı sandıqlarım unutduqlarımmış...

Icma.az, Kulis.az saytına istinadən bildirir.

18 noyabr tanınmış türk şair İlhan Berkin doğum günüdür.

Kulis.az bu münasibətlə Sevinc Mürvətqızının "Düşüncə fraqmentləri" silsiləsindən "Elə bilirdim, unutmuşam..." essesini təqdim edir.

...Bu şəhərin sükutunda addımlarımı sayarkən ruhumun kölgəsinin qatılığında illərlə sənə anladacağım hekayələri saxladım. Allahın ver günü içimdə kitablar yazılır - oxucusu sən olmayan kitablar. İlhan Berkdən yaxşı necə deyim ki: "Hala her şeyi sana anlatacaqmış gibi biriktiriyorum..." Cümlə-cümlə döyüntülər keçir könlümün evindən - qoşun kimi. Sənə demədiyim sözlər qum fırtınası kimi ələnir kirpiklərimin çəpərindən... Həyatımın hər günü bir şüşə içində dənizə atılan məktub kimidir. O şüşələr açılırmı, o məktublar oxunurmu bilmirəm?..

Bildiyim odur ki, "Ben senin gittiğin günün ertesiyim!" Bu, sən olmayanda yaşam fəlsəfəm oldu. Zaman illüziyası yaddaşımla oynadı. Sən əslində vardınmı, yoxdunmu, bunu belə çözümləyib başa çıxa bilmədiyim vaxtlar oldu. Ən dadlı ziddiyyət də bu idi: bu mahiyyətdə "var olmaq" üçün varlığına möhtac qalmaq lazım imiş. Bütün qəlbim sənə minnətdarlıqla doludur: yoxluğun üzərində varlığımı inşa etmişəm, bəlkə sən həyatımda "olsaydın", mən həyatda olmayacaqdım...

...Bu yazıda sonacan İlhan Berkle birlikdəyəm. Yazdıqlarıma o nəzarət edir bu gün, səninlə sükutun dilində danışmaq istəyirəm əslində, amma "yaz" deyir. Öz dilində öz misrası ilə cavab verirəm: "Bize, yazdığımızı değil, yüreğimizi okuyacak insanlar lazım". Susur... Bilir ki: "Sensiz karanlığın çizgisine koymuşlar umudu..." İllərin o üzündə dəfn edilən xatirələrimiz də, yəqin ki, "əsl müsəlman qaydasınca" dəfn edilib, məzarın yeri torpağa qarışıb, itib... Amma istəyirəm biləsən ki, "Bazı şeyleri sana yazdığımı düşünüyorsan, yanılıyorsun, her şeyi sana yazıyorum..." Hər şeyi qaldıra bilməyəcəyini bilərək... Sevildiyini bilmək gözəldir demişdin, bəlkə heç ağlına da gəlməmişdi çox sevilməyin yolunun dəlicə sevməkdən keçdiyini. Sən sevilən tərəfdə qal... "Ben az konuşurum, sen çok anla..." Çünki tək ehtiyacım sənin anlamağındı. "Madem ben dokunamıyorum sana, bari yazdıklarım dokunsun..."

...Sonuncu rastlaşmağımızda sakitcə, hətta bəlkə də laqeyd ədayla danışdığımız yerdə anidən baxışımın içinə dalıb sirli işıltı ilə gözündən gülmüşdün... Elə bilirdim, unutmuşam... Amma beynin mübhəm oyunları var, bağışladığımı sandıqlarım da unutduqlarımmış... Elə bilirdim silinib hər şey yaddaş kitabımdan. Sadəcə "əməl dəftəri"mdə qaldığını düşünürdüm... O an - o baxış, o gülüş, hardan peyda olduğu bəlli olmayan o sehrli parıltı - hamısı birləşdi, qəribə bir yaddaş oyanmasımı, oynamasımı baş verdi.

Qəfildən bütün unutduqlarımı xatırladım. Unudulmuş bildiyim bir həqiqət dirilmişdi - beynimin köhnə, amma "minalanmış" sərhədlərində sərbəst gəzişən kölgə kimi...

O aidiyyət gülüşü bütün silinən xatirələrimi geri qaytarırdı, məni tək bir anın içində, zamanın çox uzaq, amma cazibə orbitindən qurtulması mümkünsüz olan o hüduda doğru sürükləyirdi. Gözündəki sadəcə mənim bildiyim parıltının işığında, o gülüşdə hər şeyi xatırladım - o mistik sərxoşluğu, "bir gün Alzeymer olsam belə, bunu unutmaram" deyişini, "fələstinlilərin Qüdsü, yəhudilərin Yerusəlimi istədiyi kimi" arzulayışını, gerçəkliklə illüziyanın sərhədlərinin qarışıb itdiyi anları...

Və o anlardan sonra başlayan əbədiyyət kimi məsafəni, lap məsafəni, çox məsafəni, məpməsafəni... Unudulanlar və xatırlananlar arasında uçurum yaradır zaman. Bəzən düşünürəm ki, biz nə qədər unutmağa çalışsaq da, yaddaşın öz aləmində heç bir şey həqiqətən silinmir, hər şey şüuraltının altında saxlanc kimi qorunur. Onun yalnız üzərini örtüb, dərinlərdə gizlənməsini təmin edirik. Bütün o illər, bütün o mərhələlər, o "məpməsafə"nin arxasında gizlənir. Düşünürəm, bu "məpməsafə" bəlkə də sadəcə bizim yaşadıqlarımızın fərqli qatlarını təmsil edən bir ruh halıdır, vəssalam. Bütün həyatımız boyu bu məsafənin içində dolaşırıq; heç yerə getmirik, amma hər zaman bir yerdəyik. Yaddaş, bir zamanlar bəlkə də gözəl olan hər şeyin əks-sədasıdır.

İnsanın həyatda qarşılaşdığı o "gerçək anlar" - nə qədər dərin olursa olsun, nə qədər insanın taleyində iz buraxarsa, buraxsın, hamısı əslində illüziyadır. Dərinləşib ikimizi də udan alacaqaranlıq çoxillik uçurumun bilinməzliyi, gedişlərin və dönüşlərin cəminin fərqi, çıxılıb azaldığımız bu hasildəki son qismət anidən əlimdən çıxan dəmir qapı kimi çaxılmışdı xatirələrimin çərçivəsinə... Bütün bu illər, itirilmiş zamanın təzələnməsi, illüziyanın gerçəkliyə qarışması... İçimdəki bu dərin, mürəkkəb qarışıqlığın əks-sədası kimi yaranan o anı bir daha unutmağım mümkün olmayacaqdı. O gözündən gülməyin bir zamanlar mənə aid olan, həm də heç vaxt təkrarlanmayacaq hər şeyi xatırlatmışdı.

Dərin və əvəzolunmaz olan o anlar gözlərdəki parıltı ilə çərçivələnib köhnə şəkil kimi asılıb yaddaş divarımda. Görənlər tanımırdılar, "kimdir?" soruşmaqdan özlərini saxlaya bilmirdilər, bircə mən bilirdim kimdin, səni heç kimə tanıtmadan... Və mən sadəcə o şəkli yadımda saxladım ondan sonra. Sənin gülüşündə zamanın, itkilərin, yaşanmışlıq və boşluqların birləşdiyi bir aləmə dəvət vardı: dilə gətirilməyən dəvət. Bilirdim ki, o dəvətdə bütün xatirələrin yekunu toplanmışdı. Sözlər yoxa çıxmışdı, daha sənə sözüm qalmamışdı... O anı, o gözlərdəki gülüşü, üzdən saralmış kimi görünsə də, dəyərini heç itirməyən bir şəkli yaddaşımın divarında həmişəlik saxladım.

Hər şeyin bir sonu var və hər şey bir gün tükənir. Amma bilirəm ki, o gözlərdəki gülüş, baxışlardakı ikimizə aid o sehrli qığılcım yaddaş divarındakı o şəkildən bir də heç vaxt silinməyəcək.

O şəkil zamanın və yaddaşın dərinliklərində asılıb qalacaq... Çünki o şəkildəki "bir gülüşün yeterdi bana, ömrümün geri kalanını aydınlatmaya..."

Adil Kərimli: "Teatr Forumu yadda qalan mədəniyyət hadisəsinə çevriləcək" Yutubda ən çox baxılan klipə film çəkilir Pekində beynəlxalq film festivalı başlayıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 Noyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see353

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see288

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see278

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see270

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see262

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see257

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see255

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see255

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see248

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi (Video)

29 Avqust 2026 23:15see214

Əməliyyat keçirildi: Milyonluq biznes üzə çıxdı KONKRET

29 Avqust 2026 21:58see195

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see195

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see193

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see192

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see188

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see187

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see182

İranın əsas ticarət qapısında durğunluq yaşanır GÖRÜNTÜ

29 Avqust 2026 23:28see180

“Meydanda pul rol oynamır” Fərid Namazov

29 Avqust 2026 23:19see171

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri