Bahalı maşından düşən sürücü “kor” roluna girib diləndi İFŞA OLUNDU VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin İzmir şəhərində maraqlı və təəssüf doğuran bir hadisə baş verib. Lüks markalı “Volvo” avtomobilini yol kənarına park edən şəxs maşından düşən kimi gözlərini qapayaraq özünü “kor” kimi göstərib və dilənməyə başlayıb. Hadisənin ən diqqətçəkən məqamı isə ondan ibarət olub ki, həmin şəxs heç bir tərəddüd etmədən bu rola girib və dərhal dilənməyə başlayıb.
Avtosfer.az xəbər verir ki, ətrafdakı insanlar vəziyyətdən əvvəlcədən xəbərdar olduğu üçün mobil telefonla həmin anları çəkib və sosial şəbəkələrdə paylaşıblar. Videoda açıq-aşkar görünür ki, kişi maşından enən kimi süni şəkildə “kor” kimi davranaraq insanlardan pul istəməyə başlayır.
Bu kimi hallar, həqiqətən də yardıma ehtiyacı olan insanların cəmiyyət qarşısındakı etibarını sarsıdır.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 22 May 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















