Bahalı nömrəli “BMW”sini zolaqda park edib velosipedçiləri təhlükəyə atdı VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Bülbül prospektində (“Sahil” metrosunun yaxınlığında) yol hərəkəti qaydasını pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrdan göründüyü kimi, 10-ZU-111 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü maşını velosipedçilər üçün nəzərdə tutulmuş zolaqda park edib. Nəticədə o, velosipedçilərin yolunu kəsib və onların avtomobillər üçün nəzərdə tutulmuş zolağa çıxmalarına səbəb olub. Bu isə həm velosipedçiləri, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atıb.
İzləyici sözügedən sürücünün hadisə zamanı sükan arxasında olduğunu bildirib.
Nərmin
Bu mövzuda digər xəbərlər:“BMW”sini azyaşlı qonşusuna sürməyə verən şəxs CƏRİMƏLƏNDİ VİDEO
14 May 2026 18:10
Tarixin ən bahalı BMW avtomobili hərraca çıxarılıb
22 Dekabr 2024 23:26
İlqarə Kazımova “Sevgi”sini təqdim etdi VİDEO
11 İyun 2025 15:39
Emin yeni Ferrari sini nümayiş etdirdi Video
11 Fevral 2025 14:48
Navai nömrəsiz Ferrari sini işıqfora çırpdı VİDEO
05 May 2026 22:02
Baxış sayı:110
Bu xəbər 22 Avqust 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















