Icma.az
close
up
RU
Bahalı səyahət haqlarından necə yayınmaq olar? Avropadakı ən qəribə 12 cərimə

Bahalı səyahət haqlarından necə yayınmaq olar? Avropadakı ən qəribə 12 cərimə

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropada yay səyahəti planlaşdırırsınızsa, diqqətli olun. Çünki yay mövsümü təkcə səyahət dövrü deyil, eyni zamanda nəzarətin gücləndirildiyi və sərt cərimələrin tətbiq olunduğu bir vaxtdır. Yerli qaydaları bilməmək sizə yüzlərlə, hətta minlərlə avroya başa gələ bilər.

Lent.az xarici mediaya istinadla Avropada turistlərin ən çox gözləmədiyi, lakin tez-tez cərimə ilə nəticələnən qaydalar barədə məlumat verir.

Yay ayları Avropa ölkələrində turizm baxımından ən aktiv dövr hesab olunur. Eyni zamanda bu mövsümdə, xüsusilə kurort bölgələrində, yerli hakimiyyət orqanları qaydaların icrasına daha ciddi nəzarət edir. Qanunu bilməmək məsuliyyətdən azad etmir, buna görə də səfərdən əvvəl hansı hallara görə cərimə oluna biləcəyinizi öyrənmək tövsiyə olunur.

Çimərlikdən kənarda çimərlik geyimində gəzmək

İtaliya, İspaniya və Xorvatiyanın bir çox şəhərində çimərlikdən kənarda çimərlik geyimində gəzmək qadağandır. Fontanlarda çimmək də ciddi şəkildə yasaqlanıb. Bu qaydanın pozulmasına görə 100–500 avro arası cərimə tətbiq edilir.

Çimərlikdə siqaret çəkmək

İspaniya və Yunanıstanın bir çox turistik bölgəsində çimərliklərdə siqaret çəkmək qadağandır. Qaydanın pozulması 200 avroya qədər cərimə ilə nəticələnə bilər.

Axşam və gecə saatlarında səs-küy

Fransa, Portuqaliya və digər Avropa İttifaqı ölkələrində saat 22:00-dan sonra səs-küyə ciddi məhdudiyyətlər qoyulub. Qaydanı pozanları 300 avroya qədər cərimə gözləyir.

Məhdud hərəkət zonalarına giriş

Paris, Berlin və Milan kimi şəhərlərdə yalnız aşağı emissiyalı avtomobillərin daxil ola bildiyi “yaşıl zonalar” mövcuddur. Tələblərə cavab verməyən avtomobillərlə bu zonalara daxil olmaq 150 avroya qədər cərimə ilə nəticələnir.

Zibili yanlış konteynerə atmaq

Almaniya və İsveçrədə tullantıların düzgün çeşidlənməməsi və ya zibilin icazə verilməyən yerə atılması 250 avroya qədər cərimə ilə cəzalandırıla bilər.

Çimərliklərdə ekoloji qaydaların pozulması

Sardiniyanın bəzi çimərliklərində iri dəsmallardan istifadə etmək, həmçinin qum, balıqqulağı və daşları götürmək qadağandır. Məqsəd təbiətin qorunmasıdır. Bu qaydanın pozulmasına görə cərimə 3000 avroya qədər çata bilər.

Təbii “suvenirlərin” ölkədən çıxarılması

Türkiyədə qədim artefaktların, amfora qalıqlarının, sahildən götürülmüş daş və balıqqulaqlarının ölkədən çıxarılması qəti qadağandır. Bu əşyalar milli sərvət hesab olunur. Qaydanın pozulması cərimə ilə yanaşı, cinayət məsuliyyəti və hətta həbs ilə nəticələnə bilər.

Vəhşi çimərliklərdə çadır qurmaq

Albaniyada bəzi mənzərəli və “vəhşi” çimərliklər turistləri cəlb etsə də, sahildə və ya qorunan ərazilərdə icazəsiz çadır qurmaq 50–150 avro arası cərimə ilə nəticələnir. Bəzi bölgələrdə kampinq tamamilə qadağan edilib.

Küçə heyvanlarını yemləmək

Türkiyənin Bodrum və Antalya kimi məşhur kurort şəhərlərində ictimai yerlərdə, xüsusilə restoran və çimərlik yaxınlığında küçə heyvanlarını yemləmək sanitariya qaydalarının pozulması kimi qiymətləndirilə bilər. Bu, bəzi hallarda şifahi xəbərdarlıqla, bəzən isə inzibati cərimə ilə nəticələnir.

İctimai yerlərdə spirtli içki qəbulu

Latviya, Litva və Estoniyada küçələrdə, parklarda, çimərliklərdə və yaşayış binalarının qarşısında spirtli içki içmək qadağandır. Qaydanın pozulması şəhərdən və vəziyyətdən asılı olaraq 20–100 avro cərimə ilə cəzalandırılır.

Avtomobili küçədə yumaq

İspaniyanın bir çox şəhərində avtomobili küçədə və ya çoxmənzilli binaların həyətində yumaq qadağandır. Ətraf mühitin çirklənməsi halında cərimə 3000 avroya qədər yüksələ bilər.

Avtobanda yanacağın bitməsi

Almaniyada avtobanda yanacağın bitməsi səbəbilə dayanmaq səhlənkarlıq hesab olunur və digər sürücülər üçün təhlükə yaratdığına görə 70 avroya qədər cərimə tətbiq edilir.

Turistlər üçün tövsiyələr 

Səyahət edəcəyiniz ölkənin qanunlarını əvvəlcədən araşdırın. Öz ölkənizdə adi sayılan davranış başqa ölkədə qadağan ola bilər. Turist olsanız belə, qanunu bilməmək sizi cərimədən xilas etmir. Yanınızda səfirlik və ya konsulluğun əlaqə nömrələrini saxlayın.

Sizə qəribə görünən qaydalar başqa ölkələrdə tam real ola bilər. Səfər zamanı ehtiyat üçün üzərinizdə bir neçə yüz avro nağd pul saxlamaq məsləhətdir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Dekabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see314

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see201

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see172

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see159

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see148

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see142

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see139

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see134

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see133

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see132

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri