Bahalığa etiraz edən tələbələr ÇADIR QURDULAR
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Yunanıstanın paytaxtı Afinada tələbələr həyat bahalılığına və kirayə qiymətlərinin artmasına etiraz olaraq parlament binasının yaxınlığında çadırlar qurublar.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Sintagma meydanında keçirilən aksiya zamanı tələbələr mənzil və təhsil xərclərinin artmasına diqqət çəkiblər.
Onlar Fransa və İspaniyada etiraz edən gənclərə dəstək mesajları da göndəriblər. Avropanın digər ölkələrində də oxşar aksiyalar keçirilir. Fransada təhsil şəraitinə və həyat bahalılığına qarşı etirazlar genişlənib. İspaniya və Portuqaliyada isə mənzil böhranı və kirayə qiymətlərinin yüksəlməsi gənclərin etirazlarına səbəb olub.
Etirazçılar əsasən münasib qiymətə mənzil təmin olunmasını, təhsil xərclərinin azaldılmasını və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Avropa Tələbələr Birliyinin məlumatına görə, 2026-cı ilin ilk aylarında 13 ölkədə 31 tələbə etirazı qeydə alınıb. Bu göstəricilər həyat bahalılığı, mənzil problemi və təhsil xərclərinin Avropada gənclərin qarşılaşdığı əsas məsələlər sırasında olduğunu göstərir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 21 Oktyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















