Bahar Candan həbs cəzasına məhkum edilib
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Türkiyədə dələduzluq və cinayətkar təşkilata üzvlük ittihamı ilə mühakimə olunan şəxslərlə bağlı məhkəmə qərarı açıqlanıb.
BAKU.WS xəbər verir ki, qərara əsasən, təşkilatın rəhbəri Onur Apaydın 231 il 8 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə Bahar Candan barəsində isə "cinayətkar təşkilata üzvlük" maddəsi ilə 2 il 6 ay həbs cəzası təyin edib.
İş üzrə digər əsas cinayətkarlardan biri, İlker Oflu 2 il 6 ay cəza alsa da, bəzi epizodlar üzrə sübutların kifayət etmədiyi əsas gətirilərək azadlığa buraxılıb.
Bildirilib ki, həyatını itirən Nihal Candan (Gülnihal Çiçək) barəsində açılmış cinayət işi isə dayandırılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər ucuz avtomobil satışı vədləri ilə vətəndaşları aldatmaqda ittiham olunurdu.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 31 Mart 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















