Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 8 iyun, AZƏRTAC
Bu gün müzakirəyə çıxarılan qanun layihəsi çox vacib hüquqi dəyişiklikləri əks etdirən sənəd olmaqla, uşaqlarımızın gələcəyi, onların rəqəmsal mühitdə təhlükəsizliyi və dövlətimizin informasiya məkanının qorunması ilə bağlı məsələləri hədəfləyir. Çünki artıq böyüməkdə olan gənc nəslin, xüsusən də uşaqların həyatı yalnız fiziki mühitlə məhdudlaşmır. İndi onların daha çox formalaşdığı əsas məkan rəqəmsal dünyadır.
AZƏRTAC xəbər verir ki, bunu İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsininin müzakirəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, rəqəmsal mühitə reallıq baxımından yanaşdıqda uşaqlar internet, sosial şəbəkələr, onlayn platformalar və süni intellekt sistemləri vasitəsilə həm öyrənir, həm ünsiyyət qurur, həm də şəxsiyyət kimi formalaşırlar. Onlar, həmçinin bu mühitdə görünməyən təhlükələrlə - dezinformasiya, zorakılıq və aqressiv məzmun, manipulyativ təsirlər, asılılıq yaradan rəqəmsal mexanizmlərlə üz-üzədir. Bu təsirlər isə yalnız fərdi deyil, həm də ciddi sosial nəticələr yaradır.
“Çünki bu mühitdə formalaşan uşaq, sabah ailəmizin və cəmiyyətin dəyərlər sistemini gələcəyə daşıyan vətəndaşlar olacaqlar. Hazırda bunu nəzərə alan dövlət yanaşması və qəbul edilmiş strateji qərarları dəyərləndirərək qeyd etmək lazımdır ki, Azərbaycanda bu sahə artıq sistemli dövlət siyasətinə çevrilib”, - deyə komitə sədri əlavə edib.
Fotoqraf - Aydın Məmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 08 İyun 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















