Icma.az
close
up
RU
Bahar Muradova: Azərbaycan təcrübəsi hər kəs üçün maraqlıdır

Bahar Muradova: Azərbaycan təcrübəsi hər kəs üçün maraqlıdır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan beynəlxalq ictimai-siyasi proseslərin içərisində elə bir özünəməxsus yer tutub ki, onun təcrübəsi hər kəs üçün maraqlıdır. Bunu şərtləndirən bir sıra təbii əsaslar var. Bunlar bizim yerləşdiyimiz region, malik olduğumuz sərvətlər, resurslar, eləcə də dünyanın maraqları naminə atdığımız ciddi addımlardır. Bu addımlar bütün insanlığın, beynəlxalq ictimaiyyətin maraqlarına xidmət edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin ikinci iclası çərçivəsində təşkil edilən “Orta Dəhliz 360°: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” adlı yan tədbirdə deyib.

İclasın mövzusunun əhəmiyyətinə toxunan Dövlət Komitəsinin sədri bildirib ki, Orta Dəhliz məsələləri üzv dövlətlərin hər biri üçün yalnız nəqliyyat, logistika marşrutları kimi deyil, sülh, sabitlik və regional əməkdaşlıq üçün mühüm bir vasitə, imkan, platformadır. Zaman keçdikcə bu dəhliz ən müxtəlif platformalarda əsas müzakirə mövzularından biri kimi seçilir. Daha real iqtisadi əlaqə marşrutu olmaq kimi öz üstünlüyünə yeni bir dəyər qatır. Eyni zamanda, həm geosiyasi, həm ekoloji, həm də sosial aspektlərdən yeni məna və məzmun kəsb edir. Dəyərlərin, mədəniyyətlərin və insan resurslarının Şərqdən Qərbə və əks istiqamətə keçidinə də şərait yarada biləcək ən qısa dəhliz kimi diqqət çəkir.

“Ailə və sosial siyasət sahəsinə cavabdeh olan rəsmilər kimi bilirik ki, dayanıqlı inkişaf strategiyalarının mərkəzində insan kapitalı dayanır, hədəfində isə birmənalı olaraq ailə var. Bu səbəbdən müasir cəmiyyətdə, ilk növbədə, ailənin dayanıqlılığı və uşaqların rifahı yalnız siyasətin deyil, həm də təhlükəsizlik, iqtisadi və rəqəmsal sahənin əsas prioritetlərindən biridir”, - deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri