Bahar Muradova beşinci Yüksəliş müsabiqəsinin qalibi ilə görüşüb
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Mentorluq Proqramı çərçivəsində beşinci "Yüksəliş" müsabiqəsinin qalibi Fatimə Eyyubla görüşüb.
Dövlət komitəsindən 525.az-a bildirilib ki, B.Muradova Fatimə Eyyubun uğurunu yüksək qiymətləndirərək onun əldə etdiyi nailiyyətlərin gənc qadınlar üçün motivasiya olduğunu, xüsusilə özünəinamlı və güvənli gənclərin bu prosesdə fəal iştirakına stimul verdiyini deyib. O, “Yüksəliş” müsabiqəsinin ölkədə istedadlı, bacarıqlı və idarəetmə keyfiyyətlərinə malik kadrların üzə çıxarılması və inkişafında mühüm rol oynadığını vurğulayıb. Komitə sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu müsabiqənin insan kapitalının inkişafında mühüm rolunu qeyd edərək seçilən savadlı və gələcəyə inamlı gənclərin cəmiyyətin və dövlətin inkişafına töhfə verdiklərini qeyd edib. Bildirib ki, bu platforma yalnız bilik və bacarıqları deyil, həm də iradə, məsuliyyət və cəmiyyətə fayda vermək istəyini ön plana çıxarır.
Görüş zamanı mentinin peşəkar inkişafı, potensialının daha da gücləndirilməsi və gələcək fəaliyyət istiqamətləri ətrafında, eyni zamanda, Mentorluq Proqramı çərçivəsində atılacaq növbəti addımlarla bağlı səmərəli müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 01 Aprel 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















