Bahar Muradova: “Gənclərin erkən yaşda evlənməyə marağının azalması normal haldır” VİDEO
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Gənclərin erkən yaşda evlənməyə marağının azalması normal haldır".
Bu sözləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bizim.Media-ya açıqlamasında bildirib.
Sədr evlənmək istəyən gənclərin azalması məsələsinə münasibət bildirib:
"İnkişaf etmiş cəmiyyətdə formalaşan gənclik elə bir biliyə, təhsilə, səriştəyə malik olmalıdır ki, o bu cəmiyyətdə özünü idarə edə bilsin. Bu baxımdan mən bunu daha yaxşı imkanlar əldə etmək üçün qazanılmış zaman hesab edirəm. Hər kəs oğlunu-qızını erkən yaşda evləndirmək, nəvə-nəticə görmək, xoşbəxt olmaq istəyini büruzə verir. Amma gənclik fərqli istəklər, arzular ardınca gedir. Bunu normal qarşılayıram. Amma əlbəttə, bu ümumiyyətlə, ailə qurmamaq kimi fikri formamalaşdırmamalıdır".
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 29 Yanvar 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















