Icma.az
close
up
RU
Bahar Muradova: İlham Əliyev ilə Donald Tramp bir sıra fundamental dəyərlərdə ortaq mövqedədirlər

Bahar Muradova: İlham Əliyev ilə Donald Tramp bir sıra fundamental dəyərlərdə ortaq mövqedədirlər

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Vaşinqton görüşündə diqqəti çəkən əsas məqamlardan biri Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Trampın bir sıra fundamental dəyərlərdə ortaq mövqedə olması idi".

Oxu.Az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O qeyd edib ki, hər iki lider ailə institutunu yalnız milli kimliyin deyil, həm də sosial dayanıqlılığın əsas sütunu kimi görür:

"Onlar üçün ailə dəyərlərinin qorunması, gənclərin sağlam mühitdə yetişməsi və uşaq hüquqlarının təmin olunması dövlətin gələcəyinə yönəlmiş strateji siyasətin ayrılmaz hissəsidir.

Donald Trampın öz siyasi baxışlarında ailə institutunun güclənməsini və müharibələrin əleyhinə mövqeyi yüksək tutması İlham Əliyevin də siyasi prioritetləri ilə üst-üstə düşür. Hər iki lider anlayır ki, insan amilinin inkişafı, təhsildən sosial müdafiəyə qədər bütün sahələrdə ailənin güclənməsi ilə sıx bağlıdır.

Azərbaycanın multikultural dəyərlərin qorunmasına, sosial rifahın artırılmasına və postmünaqişə dövründə ailələrin bərpasına verdiyi önəm ABŞ-nin də dəstəklədiyi universal humanitar prinsiplərlə harmoniya təşkil edir".

Komitə sədri qeyd edib ki, geosiyasi və təhlükəsizlik baxımından Qafqaz regionu tarixən böyük güclərin maraqlarının kəsişdiyi strateji məkandır:

"Burada davamlı sülhün yaradılması yalnız regional liderlərin deyil, həm də beynəlxalq tərəfdaşların aktiv əməkdaşlığını tələb edir.

Vaşinqton görüşündə İlham Əliyev və Donald Trampın ortaya qoyduqları ortaq mövqe təhlükəsizlik arxitekturasının yalnız çoxtərəfli siyasi zəmanətlə möhkəmlənə biləcəyini göstərdi.

Zəngəzur dəhlizinin açılması perspektivi bu kontekstdə xüsusi yer tutur. Bu layihə təkcə iqtisadi əlaqələri genişləndirməyəcək, həm də regionda sabitliyi gücləndirəcək. ABŞ-nin siyasi dəstəyi dəhlizin qlobal ticarət xəritəsində strateji mövqeyə sahib olmasını təmin edəcək".

B.Muradova vurğulayıb ki, İlham Əliyevin qətiyyəti və Donald Trampın diplomatik çəkisi "lider-lider" sinerjisinin real nümunəsinə çevrildi:

"Bu yanaşma göstərdi ki, sülhün davamlılığı üçün təkcə region dövlətlərinin razılığı kifayət deyil - qlobal güclərin də siyasi zəmanəti vacibdir.

ABŞ-nin iştirakı Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa tam uyğun olduğunu və ədalətli sülhün təmininə yönəldiyini təsdiqlədi. Bu, həm də regiondakı sülhün qlobal siyasi sabitliyə inteqrasiyasını təmin edən amil kimi çıxış edir.

Strateji tərəqqi və insan kapitalının inkişafı məsələsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindəndir. Odur ki, Vaşinqton razılaşması yalnız hərbi münaqişənin bitməsi deyil, həm də yeni iqtisadi imkanlar, texnoloji əməkdaşlıq və təhsil layihələri deməkdir.

ABŞ-nin texnoloji və innovativ potensialı ilə Azərbaycanın gənc və dinamik insan kapitalının sinerjisi postmünaqişə dövründə ölkənin sürətli inkişafına zəmin yaradacaq".

"Zəngəzur dəhlizinin istifadəyə verilməsi, həmçinin region gənclərinin əmək bazarına çıxış imkanlarını genişləndirəcək, yeni biznes və startap ekosistemlərinin yaranmasına şərait yaradacaq. Donald Trampın bu layihəyə verdiyi dəstək onu təkcə iqtisadi deyil, həm də sülhün möhkəmləndirilməsinə yönəldilmiş qlobal təşəbbüs kimi dəyərləndirməyə imkan verir.

Vaşinqton görüşü Azərbaycanın müstəqil siyasətinin, İlham Əliyevin prinsipial liderliyinin və Donald Trampın diplomatik çəkisinin birləşərək, həm regional, həm də qlobal miqyasda sülhün bünövrəsini yaratdığını sübut etdi. Hazırda dayanıqlı sülhə çoxtərəfli müəlliflik onun ən böyük zəmanəti kimi çıxış edir".

Aqil Vəlili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Avqust 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri