Icma.az
close
up
RU
Bahar Muradova: Səylərin birləşdirməsi ekoloji problemlərdən minimal itkilərlə çıxmağın əsas şərtidir AZƏRTAC

Bahar Muradova: Səylərin birləşdirməsi ekoloji problemlərdən minimal itkilərlə çıxmağın əsas şərtidir AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Bu gün iqlim dəyişiklikləri və dünyamıza təsir edən təbii fəlakətlər, habelə digər qlobal ekoloji problemlər bəşəriyyətin gələcəyinə ciddi təhlükələr yaradır. Ölkələr və beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərini birləşdirməsi bu vəziyyətdən minimal itkilərlə çıxmağın əsas şərtidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri COP29 Təşkilat Komitəsinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 çərçivəsində keçirilən “Şəffaflıqda gender” mövzusunda yüksək səviyyəli tədbirdə çıxışı zamanı səsləndirib.

O bildirib ki, Azərbaycan ətraf mühitin qorunmasına yönəlmiş zəruri qanunvericilik bazası hazırlayıb və müxtəlif proqramlar vasitəsilə öhdəliklərini yerinə yetirmək üçün şərait yaradıb: “Biz institusional mexanizmlər və əlverişli investisiya mühiti yaratmışıq. COP fəaliyyətlərinin əsas prinsipləri inklüzivlik və gender bərabərliyini vurğulayır. Azərbaycan inanır ki, əhalinin müxtəlif qruplarının - uşaqların, gənclərin, qadınların və həssas icmaların potensialını səfərbər etmək iqlim dəyişikliyinin yaratdığı problemlərin həllinə mühüm töhfə verəcək. Otuz illik müharibə təcrübəsi ilə üzləşmiş Azərbaycan iqlim dəyişikliklərini və ekoloji çağırışları daha da kəskinləşdirən ərazi, iqtisadi və insan itkilərinə baxmayaraq, bu böhranın effektiv həlli üçün beynəlxalq təhlükəsizlik, sülh və sabitliyin birgə səylərdə olduğunu dərk edir”.

Bahar Muradova qeyd edib ki, Cənubi Qafqazda sülh gündəmini təşviq etməklə Azərbaycan yaşıl iqtisadiyyat və bərpaolunan enerji sahələrində genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə inkişafa töhfə verir. “Biz iqlim və gender ədaləti imkanlarının artırılmasında göstərdiyimiz birgə səylərlə fəxr edirik. Bu, iqlim siyasətimizin əsas prioritetlərindən biridir. BTR (İkiillik Şəffaflıq Hesabatı) və NDC (Milli Müəyyən Edilmiş Töhfələr) mexanizmləri vasitəsilə bu istiqamətdə irəliləyişlər əldə edərək unikal imkanlardan faydalana bilərik. Azaltma tədbirlərində gender inteqrasiyasını gücləndirmək, şəffaflıq, hesabatlılıq və bərabər iştirakı təmin etmək təkcə bərabərlik vasitəsi deyil, həm də qadın və qızların hüquqları üçün güclü vasitədir” , - deyə Dövlət Komitəsinin sədri vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see136

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see133

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri