Bahar Muradova: Son illərdə qadınların təhsil və əmək bazarına çıxışı daha əlçatan olub
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"İdarəetmənin parlament, hökumət və məhkəmə hakimiyyəti ölçüsündə qadınlar daha parlaq və daha geniş spektrdə imkanlarını genişləndirməkdədirlər. Son 20 ildə qanunverici orqanda qadınların təmsilçiliyi artaraq 11,2%-dən 20,8%-ə çatıb".
Oxu.Az xəbər verir ki, bunu 2025 "Konstitusiya və Suverenlik" ili çərçivəsində keçirilən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, dövlət qulluqçuları arasında 29,7%-lik iştiraka malik qadınlar, hakimlər korpusunda, hüquq-mühafizə orqanlarında və vəkillər arasında sıralarını daha da genişləndirməkdədirlər:
"Onların informasiya texnologiyaları və süni intellektə marağı daha da artıb, rəqəmsal iqtisadiyyatda geniş imkanlar əldə ediblər".
"Ölkəmizdə qadınların təhsil, sahibkarlıq və əmək bazarına çıxışı son illərdə daha əlçatan olub. Onlar dünyada sülh, təhlükəsizlik, rifah və inkişaf naminə mübarizəyə töhfələr verir, güclü, inklüziv cəmiyyət quruculuğunda, ictimai həyatda daha fəal iştirak edirlər", - deyə B. Muradova bildirib.
Aləmdə Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 05 Mart 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















