Icma.az
close
up
RU
Baharı da itirməmək üçün bunu edəcəyəm Nihal Candanın atası

Baharı da itirməmək üçün bunu edəcəyəm Nihal Candanın atası

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Bir müddət əvvəl vəfat edən türkiyəli fenomen Nihal Candanın atası, həkim Hakan Candan qızı ilə bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, o, qızının həbsxanaya düşməsindən yox, həmin müddət ərzində həyat yoldaşı Faruk Çiçekdən ayrılmasından sarsıldığını və bu səbəbdən onda anoreksiyanın yarandığını vurğulayıb:

"Bizim kimi məmur ailəsindən olan övladlarım şöhrət aləminə qədəm qoyan kimi yoldan çıxdılar. Övladlarımı yaxşı şəxsiyyət kimi böyüdə bilmədiyim üçün bu səhvləri etdilər. Onlara kifayət qədər mənəvi dəyərlər verə bilmədim, onları bu mühitdən qoruya bilmədim. Qızım tanınmasaydı, bunları yaşamazdı. Şöhrət üçün oynadıqları rollar onların əsl personajları deyildi. Yarışmalarda və sosial mediada gördükləriniz uydurma personajlar idi. Bu uydurma qızımı heyrətə gətirdi və nəhayət həqiqətlə üz-üzə gələndə yıxıldı.

Həyatda başımıza gələn yaxşı və ya pis hadisələrin əsas amili insanın özüdür. Nihalın da səhvləri olub. Nihal niyə belə insanlarla bir araya gəldi? Problemli insanların olduğu mühitlərdə olmaq və dost olmaq səhvdir. Bu məqamda ən böyük səhvin qızım olduğunu düşünürəm.

Nihal heç gözləmədiyi bir həbsxana dövrünü yaşadı. Qızım bu prosesə dözə bilmədi. Ona haqsızlıq edildiyini düşündü. Həbsxanaya girdikdən qısa müddət sonra Nihalın həyat yoldaşından ayrılması hər şeyi daha da çətinləşdirdi. Əri ilə yaşadığı problemlər də buna əlavə olunduqda Nihalın xəstəliyi başladı".

O, bildirib ki, digər qızı, fenomen Bahar Candanı belə bir sondan qorumaq üçün İstanbuldan köçəcəklər:

"Bir insanın bu həyatda yaşaya biləcəyi ən böyük ağrını yaşadım. Möminəm, Allaha güvənirəm. Allahdan gəldi, Onun istəyidir. Səbirliyəm. Allah mənə dözüm gücü versin.

Bu hadisədən sonra daha diqqətliyik. Baharı şöhrət dünyasından uzaqlaşdıracağam, İstanbuldan da aparacağam. Onu bu mühitdən qorumaq üçün nə lazımdırsa edəcəyəm".

Qeyd edək ki, Nihal və Bahar Candan “İşte benim stilim” proqramı ilə məşhurlaşıb. Onlar Türkiyədə “çirkli pulların yuyulması” ilə bağlı araşdırmalarda həbs olunmuşdular. Nihal aclıq aksiyasının ardından azadlığa buraxılmışdı. Son günlər onun çəkisi 23 kiloqrama qədər düşmüşdü. O, iyunun 21-də vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://axsam.az
archiveBu xəbər 30 İyun 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri