Icma.az
close
up
RU
Bakalavr və magistraturada ən çox boş qalacaq ixtisaslar SƏBƏB

Bakalavr və magistraturada ən çox boş qalacaq ixtisaslar SƏBƏB

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsi yaxınlaşdıqca, builki qəbul prosesində hansı ixtisaslarda plan yerlərinin boş qalacağı da maraq doğuran məsələlərdən biridir. Ekspertlər hesab edirlər ki, əmək bazarında tələbatın aşağı olduğu sahələrdə plan yerlərinin dolması hər il olduğu kimi, bu il də çətin olacaq. Eyni vəziyyət magistratura səviyyəsində də müşahidə edilir.

Təhsil eksperti Elçin Əfəndi Modern.az-a açıqlamasında bildirib ki, bakalavriat səviyyəsində ən çox boş qalacaq ixtisaslar əsasən əmək bazarında tələbatın aşağı olduğu istiqamətlərdir.

Onun sözlərinə görə, əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə plan yerləri ilk seçim turunda demək olar ki, tam dolacaq:

"Əmək bazarında tələbatı yüksək olan ixtisaslar, demək olar ki, ilk turda ən azı 98-99 faiz dolacaq. Bunun əsas səbəbi odur ki, hazırkı əmək bazarının tələbinə uyğun olan tibb, səhiyyə, iqtisadiyyat, pedaqoji və texniki istiqamətlər üzrə mütəxəssislərə ehtiyac daha çoxdur. Buna görə də həmin ixtisaslar üzrə plan yerlərinin dolması problem yaratmır".

Ekspert bildirib ki, digər istiqamətlər üzrə isə vəziyyət fərqlidir:

"Bu il bakalavriat səviyyəsində ən çox boş qalacaq plan yerləri əsasən kənd təsərrüfatı yönümlü ixtisaslar, maşın mühəndisliyi, texnologiya mühəndisliyi, bəzi iqtisadi ixtisaslar, akvakultura, bağçılıq və tərəvəzçilik, ekologiya, eləcə də ingilis və fransız dilləri üzrə tərcümə ixtisasları olacaq. Digər istiqamətlər üzrə isə plan yerlərinin böyük hissəsinin dolacağını gözləyirik".

Elçin Əfəndi magistratura səviyyəsində də xeyli sayda plan yerinin boş qalacağını proqnozlaşdırır. Onun sözlərinə görə, qəbul statistikası bunu deməyə əsas verir:

"Bu il magistratura müsabiqəsində 27 mindən çox namizəd iştirak edirdi. Onların təxminən 6 mini 0-40 bal aralığında nəticə göstərdiyi üçün müsabiqədən kənarda qaldı. Təxminən 21 min nəfər müsabiqədə iştirak hüququ qazansa da, onların cəmi 15 min 19 nəfəri ixtisas seçimi etdi. Halbuki magistratura üzrə 17 min 800 plan yeri ayrılmışdı. Bu isə o deməkdir ki, ilkin mərhələdə təxminən iki min plan yeri boş qalacaq. Üstəlik, düzgün seçim etməyən namizədləri də nəzərə alsaq, ikinci turda müsabiqəyə çıxarılan boş yerlərin sayı üç minə yaxın ola bilər".

Ekspert hesab edir ki, boş qalan plan yerlərinin səbəbi təkcə əmək bazarındakı tələbat deyil. Burada abituriyent və magistraturaya qəbul olmaq istəyən şəxslərin seçim meyilləri də mühüm rol oynayır:

"Bakalavrların və abituriyentlərin seçimləri ilə əmək bazarının real tələbi hər zaman üst-üstə düşmür. Bəzən namizəd topladığı balla arzuladığı ixtisasa qəbul ola bilmir, yaxud dövlət sifarişi və ya ödənişli əsaslarla qəbul imkanlarını nəzərə alaraq seçimlərini dəyişir. Belə hallarda daha populyar və əmək bazarında tələbat yüksək olan ixtisaslarda rəqabət artır, digər istiqamətlərdə isə plan yerlərinin boş qalması müşahidə olunur".

Elçin Əfəndi vurğulayıb ki, seçim zamanı əsas meyar yalnız keçid balı deyil, gələcək karyera imkanları və əmək bazarının real ehtiyacları olmalıdır. Onun fikrincə, abituriyent və magistraturaya qəbul olmaq istəyən şəxslər ilk növbədə maraq göstərdikləri sahənin perspektivini düzgün qiymətləndirməli, seçimlərini də buna uyğun formalaşdırmalıdırlar.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyul 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri