“Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Bakcell” danışıq dəqiqələri, internet, SMS və rouminq imkanları ilə yanaşı, sosial şəbəkələrdə istifadə üçün əlavə internet bonusları təqdim edən “GO” tariflərini abunəçilərinə təklif edir.
0.99 AZN-dən başlayan “GO” tariflərindən birinə qoşulan istifadəçilər “WhatsApp”, “Facebook”, “Instagram”, “TikTok” və “YouTube” platformalarında istifadə üçün əlavə internet bonusları əldə edirlər. Məsələn, “GO 11.99” tarifi çərçivəsində istifadəçilərə 5 GB internet, 300 ölkədaxili danışıq dəqiqəsi, bütün istiqamətlər üzrə 150 SMS və “WhatsApp”da limitsiz yazışmaq imkanı təqdim olunur.
Qeyd edək ki, mövcud tariflərdən “GO” tariflərinə keçid tamamilə ödənişsizdir. “GO” tarifləri haqqında ətraflı linkə keçid edərək əldə etmək mümkündür.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:219
Bu xəbər 28 Avqust 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















