Icma.az
close
up
RU
Bakı 80 hərbçi göndərdi, hazırlıq başladı Moskvanın cavabı nə olacaq?

Bakı 80 hərbçi göndərdi, hazırlıq başladı Moskvanın cavabı nə olacaq?

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan ordusunun 80 hərbçisi Moskvada 9 May – Faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunan paradda iştirak etməyə hazırlaşır. Artıq İkinci Dünya müharibəsində sovet ordusunun tərkibində döyüşən postsovet ölkələrinin hərbçilərinin Qırmızı meydanda baş tutacaq parad üçün məşqləri keçirilir.

Azərbaycan hərbçilərinin bu məşqlərdən yayılan görüntüləri xüsusi maraqla qarşılanıb. Onlar Moskva küçələrində “Şəhidlər ölməz, vətən bölünməz” şüarlarını səsləndiriblər.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Azərbaycan 80 il əvvəl SSRİ-nin bir hissəsi kimi İkinci Dünya müharibəsində fəal iştirak edib:

“İstər Bakı nefti, istərsə də azərbaycanlıların göstərdiyi şücaət müharibədə qələbənin əldə olunmasında mühüm rol oynayıb. Müharibə veteranlarına Azərbaycanda hər zaman xüsusi diqqət göstərilib. Onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən hər il müvafiq sərəncamlar imzalanır. Bakı tarixən belə tədbirlərdə yüksək səviyyədə iştirak edib. Lakin son zamanlar baş verən hadisələr Azərbaycan-Rusiya münasibətlərində müəyyən gərginliyin yaranmasına səbəb olub.

2024-cü ilin dekabrında AZAL-a məxsus mülki təyyarənin Qroznı səmasında vurulması və Rusiya hakimiyyət dairələrinin bu məsələni ört-basdır etməyə çalışması, eyni zamanda bir sıra rəsmi və ictimai şəxslərin Azərbaycana qarşı səsləndirdiyi ittihamlar və son olaraq Milli Məclisin deputatı Azər Badamovun Moskvada üzləşdiyi insident, iki ölkə arasında münasibətləri bir qədər gərginləşdirdi”.


Zeynal Əmrəliyev

Politoloq bildirib ki, Rusiya hələ də bəzi məsələlərə imperial düşüncə ilə yanaşır və bu, əlaqələrin inkişafına süni maneələr yaradır:

“Bütün bu gərginliyə baxmayaraq, Azərbaycan hərbçilərinin Moskvada keçiriləcək Qələbə paradında iştirak etməsi rəsmi Bakının münasibətlərin normallaşmasında maraqlı olduğunu göstərir.

Paradda yüksək səviyyədə təmsil olunmaq Azərbaycan ordusunun haqqıdır. Çünki İkinci Dünya müharibəsində ən çox şəhid verən və qəhrəmanlıq göstərənlərdən biri də məhz Azərbaycan xalqı olub.

Ümidvaram ki, Rusiya hakimiyyəti bu paraddan sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün zəruri addımlar atacaq”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 May 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri