Bakı ABŞ və Rusiyaya münasibətini eyniləşdirdi “Tezliklə Bakıda çox hörmətli qonaq peyda olmalıdır...”
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Bakı ABŞ və Rusiyaya USAİD və "Rossotrudniçestvo"-nun Azərbaycandakı fəaliyyətinin dayandırılması ilə bağlı bildirişlər göndərib.
Politoloq Fərhad Məmmədov hesab edir ki, bu addım Azərbaycanda Rusiya və ABŞ-nin yumşaq güc institutlarının eyni vaxtda bağlanması deməkdir.
"Prinsipcə, ABŞ və Rusiya arasında görüşlərin Bakıda keçirilməsi nəzərdə tutulmayıbsa, niyə Azərbaycanda yumşaq güc ofisləri var? Azərbaycan-Rusiya münasibətləri kontekstində biz pisləşən münasibətlər spiralına doğru gedirik. Bakı tədbir görməzdən əvvəl xəbərdarlıq etməklə yanaşı, dürüstlük və ardıcıllıq nümayiş etdirir. Hər şey ədalətlidir!" - deyə, o, bildirib.
Politoloq qeyd edir: "Konstruktiv məntiqə görə, tezliklə Bakıda Rusiyadan çox hörmətli qonaq peyda olmalıdır, çünki mətbuat və Xarici İşlər Nazirliyinin siqnalları nəticə vermir..."
O, vurğulayır ki, Bakıdan Moskvaya heç kim göndərilməyəcək: "Bu demarşın başqa bir alt mətni var: rəsmi Bakı Rusiya və ABŞ-ı eyni səviyyəyə qoyub, müttəfiqlərin qarşılıqlı fəaliyyəti bərabərləşib. Və bütün bunların hamısı Rusiyanın mövqeyinə görədir. Orada bir qram da "müttəfiqlərlə qarşılıqlı əlaqə" anlayışı yoxdur".
Rasim
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 06 Fevral 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















