Bakı Ağır Cinayətlər Məhkəməsindən KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Binəqədi Rayon Məhkəməsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunan hakim Aygün Qurbanovanın buradakı səlahiyyət müddəti artırılmayıb.
KONKRET.az-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, Aygün Qurbanova ilə yanaşı, digər rayon məhkəmələrindən hakim çatışmamazlığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunan hakimlərin səlahiyyət müddəti daha 1 il artırılıb.
Aygün Qurbanovaya gəlincə, Gununsesi.info maraqlı məlumat əldə edib.
Məlumata görə, Aygün Qurbanova ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində ən çox bəraət verən hakim olub.
“Onun səlahiyyət müddətinin artırılmaması isə özünün təəccübünə səbəb olub” deyə mənbəmiz bildirib.
İddialara görə, Aygün Qurbanovanın səlahiyyət müddətinin artırılmamasına əsas səbəb də onun çıxardığı bəraət hökmləri olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 04 Noyabr 2025 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















