Icma.az
close
up
RU
Bakı Ankara İslamabad birliyi ölkələrimizin gücünü daha da artırır ŞƏRH

Bakı Ankara İslamabad birliyi ölkələrimizin gücünü daha da artırır ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 29 may, AZƏRTAC

Azərbaycan və Türkiyə liderlərinin Laçın beynəlxalq hava limanının açılışında birgə iştirakının, eyni zamanda, Laçında Pakistan Baş nazirinin də iştirakı ilə liderlərin üçtərəfli Zirvə görüşünün keçirilməsinin rəmzi və tarixi əhəmiyyəti var. Azərbaycanın Müstəqillik Günündə qardaş Türkiyə lideri və 30 il təmənna olmadan Ermənistanı işğalçı kimi tanıyan Pakistanın Baş nazirinin Şərqi Zəngəzura səfəri təsadüfi deyil. Bu, qardaşlıq münasibətlərinin daha da möhkəmləndiyini təsdiqləyir. Ümumiyyətlə, son illərin təcrübəsi də göstərir ki, Bakı-Ankara-İslamabad birliyi ölkələrimizin nüfuzunu və gücünü daha da artırır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Budəfəki yüksək səviyyəli görüşlər üçün Laçının seçilməsi ilə bağlı fikirlərini bölüşən deputat deyib: “Öncə onu qeyd etməliyik ki, Laçın Azərbaycanın keçid qapılarındandır və normal şərtlərdə, qonşu ölkəyə açılan ticarət qapısı ola bilərdi. Amma təəssüf ki, 1992-ci ilin mayında Laçın işğala məruz qaldı. Qırx dörd günlük Vətən müharibəsindən sonra isə azğın düşmən buradan silah-sursatın daşınması üçün dəhliz kimi istifadə etdi və Azərbaycana qarşı “humanitar böhtan” kampaniyasına başlandı. Məsələ burasındadır ki, Xankəndiyə təşkil edilən qanunsuz səfərlər də Laçın vasitəsilə edilirdi. Ermənilər ciddi cəhdlə “dəhliz” adı ilə Laçının tam azad olunmasına mane olmağa çalışırdı. Amma Azərbaycan Prezidentinin qətiyyəti, iradəsi və prinsipiallığı Laçının azad olunmasını təmin etdi”.

N.Məmmədova bildirib ki, 2023-cü ilin aprelində Laçın rayonunda, Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və bütövlükdə Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsinə yönəlik çox uğurlu addım idi. Beləliklə, Azərbaycan öz sərhədlərinə nəzarət etməyə başladı. Eyni zamanda, 2023-cü il mayın 28-də - Müstəqillik Günündə Prezident İlham Əliyev birinci qrup Laçın sakinlərinə evlərin açarlarını təqdim etdi. Dövlətimizin başçısı həmin görüşdə bəyan etmişdi: “Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, qalib ölkə kimi Azərbaycan builki Müstəqillik Gününün sevincini qardaş ölkələr - zamanın sınağından çıxmış Türkiyə və Pakistan liderləri ilə bölüşdü. Laçında Azərbaycan-Türkiyə-Pakistan liderlərinin Zirvə görüşündə çox vacib mesajlar verildi. Ölkələr Müstəqillik Gününümüzdə üçtərəfli formatda birliyini bir daha təsdiqlədi. Ən əsas məsələ, dövlətimizin başçısının da söylədiyi kimi azad edilmiş Laçından üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq. Laçında Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı Azərbaycan Prezidenti qeyd etdi: “Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri