“Bakı Astana strateji tərəfdaşlığı yeni mərhələnin başlanğıcıdır” ŞƏRH OLUNDU
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Prezident İlham Əliyevin Qazaxıstana səfəri təkcə ikitərəfli münasibətlərin deyil, bütün türk dünyasının gələcək inteqrasiyasının istiqamətini müəyyənləşdirdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Politoloq bildirib ki, Astanada keçirilən görüşlərdə əsas diqqət Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika əməkdaşlığı və enerji təhlükəsizliyinə yönəlib: “Azərbaycan və Qazaxıstan bu dəhlizi Avrasiya məkanında alternativ strateji xəttə çevirməklə regionun iqtisadi xəritəsini yenidən formalaşdırır.
Səfərin ideoloji tərəfi də diqqətəlayiqdir. Qəbələ sammitində vurğulanan “vahid türk gücü” ideyası artıq real layihələr üzərindən reallaşmağa başlayıb. Xəzər dənizinin ekoloji bərpası, regional təhlükəsizlik və sülh təşəbbüsləri istiqamətində razılaşdırılmış addımlar regionda uzunmüddətli sabitliyin əsasını qoyur.
Astana səfəri göstərdi ki, Azərbaycan diplomatiyası artıq təkcə regional deyil, qlobal səviyyədə balans yaradan oyunçuya çevrilib. Bakı və Astana arasında formalaşan strateji tərəfdaşlıq türk dünyasında iqtisadi asılılığı azaldan, siyasi həmrəyliyi möhkəmləndirən yeni mərhələnin başlanğıcıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 27 Oktyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















