Bakı Astara yolunda qəza baş verib, 5 nəfər xəsarət alıb FOTOLENT
Icma.az bildirir, Apa.az portalına istinadən.
Bakı-Astara yolunda baş verən qəzada 5 nəfər xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 1 qadın və 4 kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılaraq hospitalizasiya olunublar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici qüvvələri cəlb olunub. Onlar zərərçəkənlərin təhlükəsiz şəkildə nəqliyyat vasitəsindən çıxarılmasını və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini təmin ediblər. Xəstəxanadan verilən məlumata görə, yaralılara zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicələri davam etdirilir. Yaralıların vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 26 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















