Icma.az
close
up
RU
Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Mingəçevirdə könüllülər seçdi...

Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Mingəçevirdə könüllülər seçdi...

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2015-ci ilin 12-28 iyun tarixlərində tarixdə ilk dəfə olaraq Azərbaycanda I Avropa Oyunları keçiriləcək.Bakı şəhəri ilə yanaşı  Mingəçevir  də I Avropa Oyunlarına ev sahibliyi edəcək.Qeyd edək ki, Bakı-2015 Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində oyunları təşkilini və idarə edilməsini üzərinə götürəcək. 17 gün ərzində ənənəvi və innovativ idman növlərindən ibarət geniş diapazonlu yarışlarda  6000-dən çox yüksək dərəcəli idmançı 16 olimpiya, 4 qeyri-olimpiya oyunları olmaqla ümumilikdə 20 idman növü üzrə yarışacaqlar. On bir idman növü isə 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, boks, velosiped idmanı, atçılıq, üzgüçülük, stolüstü tennis, taekvando, triatlon, güləş və voleybol daxildir. 

Bütün bu məlumatlar BEGOC-un Mingəçevirdə təşkil etdiyi tədbirlərdə səsləndirilib. Öncə Mingəçevir Politexnik İnstitutunda Bakı 2015 Avropa Oyunları ilə bağlı təqdimatlar, mühazirələr və bu oyunlar barədə videoçarxların nümayişi olub. Tələbələrlə görüş zamanı bildirilib ki, Bakı ilə yanaşı Mingəçevirdə də bir sıra yarışlar planlaşdırılır. Mingəçevirdəki Avarçəkmə Mərkəzində üç yarış günü ərzində 350 nəfər idmançı qızıl medal uğrunda su üzərində yarışacaq. Ümumilikdə, 12 baydarka yarışı (kişilər və qadınlar arasında) və üç kanoe sprinti (yalnız kişilər arasında) keçiriləcək. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Marinin sözlərinə deyib:”Burdakı    Avarçəkmə Mərkəzi yüksək keyfiyyətli obyektdir. Beynəlxalq standartlar əsasında əsaslı təmir edilmiş mərkəz region, eyni zamanda, bütün ölkə üçün uzunmüddətli fayda verəcək. Avropa Oyunları üçün burada- Mingəçevir şəhərində könüllülük etmək və bu cür tarixi yarışların mühüm hissəsi olmaq imkanını təklif etməkdən çox şadıq” .

Komitənin digər üzvləri də könüllülük fəaliyyətindən danışaraq, Mingəçevirdə Kanoe sprinti idman növü üzrə könüllü proqramı ilə bağlı müraciət edənlərin gələn ilin yayında keçiriləcək yarışlara köməklik edəcəklərinə və Azərbaycanı dünyada tanıdacaqlarına əminliklərini bildiriblər. Yeri gəlmişkən, BEGOC 12 min könüllünü işə cəlb etməyi planlaşdırır. Könüllülər Oyunlar zamanı yüksək vəzifəli şəxslərin və idmançıların qarşılanması, idman yarışlarında işləmək, yaxud media üzvlərinə köməklik göstərmək kimi rolları icra edəcəklər. Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru Nar Mobile Bakı 2015 Avropa Oyunlarının Könüllü proqramının rəsmi sponsorudur. 

Günün ikinci yarısında isə Kür Hoteldə mətbuat konfransı keçirilib. Konfransda onlar jurnalistlərin suallarını cavablandırarkən vurğulayıblar ki, Azərbaycanın, o cümlədən Mingəçevirin belə mötəbər tədbirin təşkili üçün böyük potensialı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri