Icma.az
close
up
RU
Bakı Avropa üçün sabit aktor kimi ön plana çıxıb ŞƏRH

Bakı Avropa üçün sabit aktor kimi ön plana çıxıb ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan son illərdə regional proseslərdə təşəbbüs göstərən, həm təhlükəsizlik, həm enerji, həm də kommunikasiya layihələrində real imkanlara malik dövlət kimi qəbul edilir"

“Son aylarda müşahidə olunan dinamika göstərir ki, Azərbaycan–Avropa münasibətləri təkcə enerji tərəfdaşlığı çərçivəsindən çıxaraq daha geniş geosiyasi və təhlükəsizlik platformasına transformasiya olunur”.

Bu sözləri Sherg.az-a açıqlamasında Mətbuat Şurası İH üzvü Yeganə Hacıyeva deyib. 

O qeyd edib ki, İtaliya Respublikasının Nazirlər Şurasının sədri Giorgia Meloni və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas kimi yüksək səviyyəli siyasi fiqurların Bakıya səfərləri göstərir ki, Brüssel və aparıcı Avropa paytaxtları Cənubi Qafqazı artıq yalnız resurslarla bol region deyil , həm də Avrasiyanın strateji keçid regionu kimi qiymətləndirməyə başlayıblar:

“Qeyd edim ki, bu prosesin arxasında bir neçə əsas geosiyasi və iqtisadi faktor dayanır. İlk növbədə Avropanın enerji təhlükəsizliyi məsələsi artıq strateji həssas xarakter daşıyır. 

 Çünki Rusiya–Ukrayna müharibəsindən sonra Avropa İttifaqı Rusiyadan enerji asılılığını azaltmağa məcbur qaldı və bunun üçün də alternativ və etibarlı tərəfdaşlar axtarmağa başladı. Bu kontekstdə Azərbaycan Avropa üçün yalnız qaz ixrac edən ölkə deyil, həm də enerji marşrutlarının təhlükəsizliyini təmin edən sabit aktor kimi ön plana çıxdı. Bu xüsusda da Xəzər dənizi hövzəsi və Mətkəzi Asiya regionu resurslarını Avropaya bağlayan Cənub Qaz Dəhlizi artıq sırf iqtisadi layihə kimu deyil Avropanın strateji dayanıqlılıq mexanizminin bir hissəsinə çevrildi. Digər tərəfdən Orta Dəhlizin əhəmiyyəti sürətlə artır və Çin–Avropa ticarət marşrutlarının diversifikasiyası fonunda Azərbaycan Şərq-Qərb logistikasının əsas qovşaqlarından biri kimi çıxış edir”. 

Y. Hacıyevanın sözlərinə görə, qlobal ticarət yollarında qeyri-sabitlik, Yaxın Şərqdə təhlükəsizlik riskləri və Rusiyadan keçən marşrutların siyasi riskləri Avropanı alternativ tranzit xəttlərinə yönəldib: 

“Bu baxımdan Azərbaycan həm nəqliyyat, həm texnoloji kommunikasiya, həm də enerji nəqliyyatı baxımından vacib tərəfdaş hesab olunur. Buna görə də Avropa İttifaqı regionda Türkiyə, Rusiya, İran və Çin arasında formalaşan mürəkkəb güc balansında Azərbaycansız effektiv siyasət yürütməyin mümkün olmadığını anlayır. Azərbaycan son illərdə regional proseslərdə təşəbbüs göstərən, həm təhlükəsizlik, həm enerji, həm də kommunikasiya layihələrində real imkanlara malik dövlət kimi qəbul edilir. Bu isə Avropa paytaxtlarında Bakıya münasibətdə daha praqmatik yanaşmanı gücləndirib. Bu məsələdə Avropa Parlamenti ilə Avropa Komissiyası arasında fərqli yanaşmanın izahı da aydın görünür. 

Çünki Avropa Parlamenti müxtəlif lobbi qruplarının təsiri ilə daha çox ideoloji mahiyyətli və siyasi qətnamələrlə çıxış edir. Lakin Avropa Komissiyası və aparıcı Avropa dövlətləri üçün prioritet daha çox enerji təhlükəsizliyi, iqtisadi maraqlar, regional sabitlik və geosiyasi təsir imkanlarıdır”. 

MŞ üzvü əlavə edib ki, Avropanın praktik siyasəti ilə siyasi ritorikası arasındakı fərqin izahı da elə budur: “İtaliya , Macarıstan, Ruminya və digər Avropa ölkələrinin Azərbaycanla münasibətləri dərinləşdirməsi onu göstərir ki, Avropa daxilində Bakı ilə əməkdaşlığa daha realist və strateji baxış formalaşır. Bu ölkələr Azərbaycanı yalnız enerji tərəfdaşı kimi deyil, həm də Avrasiyada sabitlik və komunikasiya arxitekturasının vacib elementi kimi görürlər. Dəyişən qlobal geosiyasi mühitdə Avropa Azərbaycanla daha sıx və uzunmüddətli əməkdaşlığa ehtiyac duyur. Bu o deməkdir ki, yaxın illərdə Aİ Axərbaycan münasibətləri daha institusional və strateji xarakter alacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 May 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri