Icma.az
close
up
RU
Bakı Baş Gömrük İdarəsində rüşvəti belə alıblar Fotofakt

Bakı Baş Gömrük İdarəsində rüşvəti belə alıblar Fotofakt

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun, Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayevin və “ƏR TRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyevin həbsinin təfərrüatları məlum olub.

Adı çəkilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həbs edilib. Onlar ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alan bir qrup vəzifəli şəxs cinayət başında yaxalanıblar.

Belə ki, Pərviz adlı vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik yaradıblar.

Malların buraxılması üçün vətəndaşdan 8 min manat rüşvət alıblar. Rüşvət alınan şəxs Pərviz adlı vətəndaş olub. İstintaqla müəyyən edilib ki, Pərviz Elşan Adbullayevin tanışı olub. Pərvizin Elşana pul borcu da olub. Pərviz gömrükdən mal gətirən zaman onun yükləri Məzahir tərəfindən saxlanılıb. Əvvəlcə malların buraxılması üçün 22 min manat pul tələb edilib. Sonda 8 min manata razılıq əldə olunub. Həbs edilən şəxslər iddia ediblər ki, Pərviz Elşanın borcunu qaytarmadığı üçün belə bir oyun qurublar. Onlar Pərvizdən rüşvət yox, Elşanın borcunu geri almaq istəyiblər. Rüşvət tələb ediləndən sonra Pərviz adlı şəxs DGK-yə məlumat verib.

Bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Pərvizin üzərinə kamera yerləşdirilib və 6 min manat rüşvəti verən zaman təqsirləndirilən şəxslə saxlanılıb. İstintaq zamanı tərəflər arasındakı yazşmalar da sübut kimi ələ keçirilib. Pərviz dindirilən zaman deyib ki, Elşana borcu olub. Amma bu, rüşvət məsələsinin borcla heç bir əlaqəsi olmayıb. Onun sözlərinə görə tələb edilən 8 min manatın 6 min manatını verdikdən sonra maşınlarını gömrükdən buraxıblar.

Plan belə olub ki, Elşan tanışlıqdan istifadə edib Pərvizə tələb edilən məbləği deyib. Elşan Pərvizdən pulu Ədalətə verməsini istəyib. Alınan pulun əsasə hissəsi də Məzahirə çatıb. İstintaq materiallarına əsasən tərəflər arasındakı yazışmaların bir hissəsini təqdim edirik: Elşan: Pərvizin nömrəsi məndə yoxdur. Onun nömrəsini at danışım. Ədalət: Vaxt gedir danış. Çalış ki, söz al. Asta-asta və sözünü de. Ədalət: Tezləşdir. “Obeddən” sonra gec olacaq. Sonra gələcək üçün də heç nə edə bilməyəcəyik. Ədalət: Onların qara siyahısında düşdünsə, getdin. Elşan: Yığıram adboy verir. Bəlkə yazım buna? Nə məsləhət görürsən? Deyim ki, bu qədər ver, çəkil dur qıraqda. Mən də işini həll edim. Deyim ki, xaçmazlı kimi gömrükçülər mənə zəng vurub. Bəlkə belə deyim ona? Ədalət: Əla, gözəl. Denən malı tökəcəklər, eyniləşdirmə apracaqlar, sayacaqlar, burnundan gələcək. Tam qorxud. Denən ki, 22000 ver, dur qırağa. Gömrüyə nə keçiriləcəksə özümüz keçirəcəyik.

Həbs edilən Elşanla Pərviz adlı vətəndaşın yazıması: Elşan: Pərviz, o adam mənə zəng eləməyib. Fikrin varsa ver. Yoxdursa, deyim ki, bu adamın fikri yoxdur. O da işini bilsin. Yaxşı deyil. Mən istəmirəm o zəng edib soruşsun ki, noldu, niyə vermədi? – Pərviz: Elşən müəllim, 100 faiz veriləcək. Mənim maşınım da ordadır. Qaçan yerim yox, maşını da çıxartmamışam. Düzdür, buraxılış verilib. Sağ olsun. İndi işdir oldu. Narahat olmayın çatdıracaqlar. Məhkəmə təqsirləndirilən şəxsi törədilən cinayət əməlində təqsirli bilərək ağır şəkildə cəzalandırıb. Hökmə əsasən Məzahir İsmayılov 9 il 6 ay, Elşan Abdullayev və Ədalət Quliyev 9 il azadlıqdan məhrum ediliblər.(Musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 May 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri