Icma.az
close
up
RU
Bakı Beynəlxalq Kitab Sərgisinin 12 ci görüşü

Bakı Beynəlxalq Kitab Sərgisinin 12 ci görüşü

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Kitab bəşəri bilik və düşüncəni nəsildən-nəslə ötürür, xalqları və mədəniyyətləri ortaq dəyərlərə qovuşdurur. Bu baxımdan, Bakıda keçirilən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi oxucu kütləsi üçün yeni nəşrlərlə tanış olmaq, müəlliflərlə görüşmək və fikir mübadiləsi aparmaqda platforma rolu oynayır.

7 gün davam edəcək sərgidə 32 ölkədən 59 nəşriyyat və təşkilat iştirak edir. Yerli və xarici yazarlarla görüşlər, kitab təqdimatları, ədəbiyyatın təbliğinə həsr olunan tədbirlər və konfranslar da daxil olmaqla, 300-dən çox tədbirin keçirilməsi nəzərdə tutulur.

“Təhsil” Nəşriyyatının direktoru Tural Axundov bildirdi ki, nəşriyyat artıq bir neçə ildir Bakı Beynəlxalq Kitab Sərgisində mütəmadi iştirak edir və hər il oxucuların kitaba, xüsusilə də elmi və ictimai məzmunlu nəşrlərə marağının artdığı müşahidə olunur:

– Nəşriyyatın stendində əsasən ictimai-elmi əsərlər sərgilənir. Bununla yanaşı, Azərbaycan ədəbiyyatı nümunələri yenidən nəşr edilərək, müasir tərtibat və yüksək poliqrafik keyfiyyətlə oxuculara təqdim olunur.

Klassik əsərlərin yeni nəşrlərlə oxucu auditoriyasına çatdırılması milli ədəbi irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Belə nəşrlər gənc oxucuların klassik ədəbiyyata marağını artırır.

Kitab sərgiləri nəşriyyatlarla oxucular arasında birbaşa ünsiyyət qurulmasına, mütaliə mədəniyyətinin təşviqinə, yeni nəşrlərin tanıdılmasına və ölkənin ədəbi mühitinin inkişafına töhfə verir.

“Everest” nəşriyyatının rəhbəri Ramil Rzazadə kitab sərgisinin nəşriyyat üçün yalnız çap məhsullarını nümayiş etdirmək deyil, həm də oxucularla canlı ünsiyyət qurmaq, onların zövqünü və maraqlarını öyrənmək imkanı yaratdığını dedi:

– Bizim üçün əsas məsələlərdən biri oxuculara fərqli mövzularda kitablar təqdim etmək və onların diqqətini yeni nəşrlərə yönəltməkdir. Sərgidə hər kəsin öz maraq dairəsinə uyğun kitab tapması, nəşrlərlə yaxından tanış olması üçün stendimizi müxtəlif kitablarla zənginləşdirmişik. Burada hər yaş qrupu üçün kitablar var. Sərginin proqramında “Everest” nəşriyyatının “Badamın sirri”, “Çəhrayı mum 2” və “Unudulmuş nağılların sirri 2” kitablarının təqdimatları yer alır. Biz həm də oxucularla görüşlərə və yeni nəşrlərin təqdimatına xüsusi önəm veririk.

Şagirdlərin kitab sərgisində iştirakı onların mütaliəyə marağının artırılması və mütaliə vərdişlərinin erkən yaşlardan formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Sərgiyə şagirdləri ilə birgə qatılan 247 nömrəli məktəbin tədris işləri üzrə direktor müavini Araz Babayev də belə tədbirlərin uşaqların dünyagörüşünün genişlənməsində mühüm rol oynadığını vurğuladı:

– Məktəbdə qazanılan biliklərin müstəqil mütaliə ilə tamamlanması uşaqların inkişafına müsbət təsir göstərir. Xüsusilə ibtidai siniflərdə oxu vərdişlərinin formalaşdırılması gələcək təhsil mərhələləri üçün möhkəm zəmin yaradır. Biz çalışırıq ki, şagirdlərimiz asudə vaxtlarında da kitab oxumağa maraq göstərsinlər. Erkən yaşlarından mütaliəyə alışmaq onların söz ehtiyatını artırır, düşünmə qabiliyyətini inkişaf etdirir və hadisələrə fərqli yanaşma formalaşdırır. Kitab sərgisi uşaqların müxtəlif mövzulu nəşrlərlə tanış olması, öz maraqlarına uyğun kitablar seçməsi üçün yaxşı fürsətdir.

Builki sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə aktual məsələyə diqqət çəkir. Rəqəmsal texnologiyaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə uşaqların ekran qarşısında keçirdiyi vaxtla mütaliə, ünsiyyət və digər faydalı fəaliyyətlər arasında tarazlıq yaratmaq vacibdir.

“Libraff” kitab mağazaları şəbəkəsinin əməkdaşı Müşfiqə Bayramova bildirdi ki, artıq 12-ci dəfədir sərgidə iştirak edirlər və builki sərgidə oxucuların kitablara artan marağı təqdirəlayiqdir:

– Stenddə ən çox diqqətçəkən, oxucular tərəfindən maraqla qarşılanan nəşrlərdən biri Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəridir. Əsər yenidən nəşr olunaraq oxuculara daha nəfis tərtibatda təqdim edilir. Kitabın üz qabığı da yenilənib. Yaxın günlərdə müəllifinin iştirakı ilə imza gününün keçirilməsi nəzərdə tutulur.

“Libraff”ın sərgidə təqdim etdiyi yeniliklərdən biri də Çarlz Dikkensin “Böyük ümidlər” romanıdır. Oxucular uzun müddətdir bu əsərin nəşrini gözləyir, sosial şəbəkələr vasitəsilə onun nə zaman satışa çıxacağı ilə bağlı mütəmadi suallar ünvanlayırdılar. Nəşriyyat kitabı məhz sərgi günlərində oxuculara təqdim etmək üçün hazırlayıb.

12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin ziyarətçilərindən olan 4-cü sinif şagirdi Ayşə Budaqova kitab oxumağı sevdiyini və son oxuduğu əsərin onda xüsusi təəssürat yaratdığını dedi:

– Ən son Viktor Hüqonun “Səfillər” romanından bir parça olan “Kozetta”nı oxumuşam və çox xoşuma gəlib. Hekayəni oxuduqca, qəhrəmanın nələr yaşadığı gözümdə canlanırdı. Məncə, bu kitab insanlara qarşı mehriban olmağı, çətin vəziyyətdə olanlara kömək etməyi öyrədir.

Kitab oxumağı sevirəm, çünki hər yeni əsərdə fərqli hadisələrlə tanış oluram. Bəzən kitabdakı hadisələr haqqında düşünür, özümü qəhrəmanların yerinə qoyuram.

7-ci sinif şagirdi Rüqəyya Abbasova kitabların maraqlı dünyaya qapı açdığını söylədi:

– Ən çox xoşuma gələn kitablardan biri Roald Dahlın “Matilda” əsəridir. Matilda mənim yaşıdım olan, çox ağıllı və kitab oxumağı sevən qızdır. Onun qarşılaşdığı çətinliklərə baxmayaraq, öz biliyinə güvənməsi mənə maraqlı gəlir. Düşünürəm ki, insan nə qədər çox oxusa, bir o qədər çox şey öyrənər və öz fikirlərini daha yaxşı ifadə edə bilər.

Kitab oxuyanda bəzən qəhrəmanların yerində olsaydım, necə davranacağımı düşünürəm. Məncə, kitablar xəyal gücümüzü inkişaf etdirir.

Qeyd edək ki, oktyabrın 27-dək davam edəcək XII Bakı Beynəlxalq Kitab Sərgisinin əsas məqsədlərindən biri uşaqlarda mütaliə mədəniyyətini formalaşdırmaq, kitaba marağı artırmaq və onları faydalı vərdişlərə təşviq etməkdir. Sərgi çərçivəsində uşaqlar üçün nəzərdə tutulan tədbirlər, kitab təqdimatları və müxtəlif maarifləndirici proqramlar da bu məqsədə xidmət edir.

Ləman TƏHMƏZ,
Rauf İBRAHİMOV (foto)
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri