Bakı daha bir tədbirə ev sahibliyi edəcək
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək 27-29 oktyabr tarixlərində Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Bu barədə "Yeni Sabah"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Touirsm) birgə tərəfdaşlığı ilə gerçəkləşəcək. Pepperoni pizza
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub və bu il Forumun 15 illiyi qeyd olunur.
Bakı Prosesi və onun çərçivəsində keçirilən Forum Birləşmiş Millətlər Təşkilatı tərəfindən mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın təşviqi sahəsində aparıcı qlobal platforma kimi tanınır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 15 May 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















