Bakı Dairəvi yolda təhlükəli vəziyyət niyə həllini tapmır? Qurumdan rəsmi AÇIQLAMA
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Bakı Dairəvi yolunun "Sədərək" Ticarət Mərkəzi istiqamətinə gedən hissəsində yolu genişləndirmək məqsədilə dəmir arakəsmə kəsilib. Lakin ərazidə dəmir qalıqları saxlanılıb ki, bu da sürücülər üçün təhlükə yaradır və nəqliyyat vasitələrinə ziyan vurur.
Sürücülər məsələ ilə bağlı narazılıqlarını bildirərək deyirlər ki, gün ərzində bir neçə dəfə təkərləri sıradan çıxır.
"Gündə iki dəfə təkərim partlayır. Bu yolu düzəltmək lazımdır. Niyə düzəltmirlər, hara baxırlar?! Qazandığımız pul elə təkərin dəyişdirilməsinə gedir", - onlardan biri deyib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazidə əyri xətt dəmir tellərin kəsilməsi ilə genişləndirmə işləri bir neçə il əvvəl icra olunub:
"İndiyədək həmin ərazi ilə bağlı təhlükəli vəziyyət və ya onun nəticələri barədə heç bir müraciət daxil olmayıb. Buna baxmayaraq, əməkdaşlarımız tərəfindən əraziyə baxış keçiriləcək. Əgər hər hansı bir təhlükəli vəziyyət aşkarlanarsa, onun aradan qaldırılması istiqamətində müvafiq addımlar atılacaq".
Daha ətraflı Baku TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 27 Noyabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















