Icma.az
close
up
RU
“Bakı dialoqları” jurnalının yeni buraxılışı nəşr edilib

“Bakı dialoqları” jurnalının yeni buraxılışı nəşr edilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun rüblük ingilisdilli nəşri olan “Bakı dialoqları” (“Baku Dialogues”) jurnalının yaz buraxılışı dərc edilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, nəşrdə dövrümüzün aktual siyasi, iqtisadi və geosiyasi çağırışlarını araşdıran yerli və beynəlxalq ekspertlərin analitik məqalələri əksini tapıb.

Nəşrin ilk məqaləsi “Orta Dəhlizin gələcəyinin qurulması” başlığı altında təqdim edilir. Azərbaycan, ABŞ və Macarıstandan olan ekspertlər tərəfindən birgə qələmə alınmış bu məqalədə Trans-Xəzər İnkişaf Bankının təsis edilməsi ilə bağlı təklif ətraflı təhlil olunub. Məqalədə Orta Dəhlizi rəqabətli və dayanıqlı ticarət və nəqliyyat yoluna çevirmək məqsədilə nəzərdə tutulan regional maliyyə mexanizmləri izah edilib.

Digər əsas başlıq – “İki müasir təhlükə: terrorizm və ekstremizm” – beynəlxalq təhlükəsizlik və sabitliyə qarşı artan təhdidlərə diqqət çəkib. Məqalədə qeyri-dövlət aktorlarının artan təsiri və qlobal antiterror strategiyalarındakı yeni meyillər ön plana çəkilib.

Nəşrdə, həmçinin vətəndaşsızlıq problemi ilə bağlı məqalə yer alıb. Avropa və Mərkəzi Asiya kontekstində vətəndaşlığı olmayan əhali qruplarının qarşılaşdıqları çətinliklər və onların həlli üçün mümkün siyasi alətlər məqalədə təhlil olunub.

Jurnalın “Heç kimi arxada qoymamaq” devizi altında yer alan və BMT eksperti tərəfindən qələmə alınmış “İqlim dəyişikliyi, həssas qruplar və data əsaslı siyasi qərarvermə” məqalədə iqlim dəyişikliyinin həssas qruplara göstərdiyi qeyri-bərabər təsirdən bəhs olunub. Müəllif bu təsirlərin aradan qaldırılması üçün sübuta əsaslanan və məlumatyönümlü siyasi yanaşmaların zəruriliyini ön plana çəkib.

Jurnalda ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabının təhlili yer alıb. İnkişaf və Diplomatiya İnstitutunun siyasi araşdırmalar, təhlil və nəşrlər üzrə direktoru Damjan Miskoviç kitab haqqında fikirlərini bölüşüb. O, müstəqil Azərbaycanın ABŞ-da ilk səfiri olmuş rektor Hafiz Paşayevin Azərbaycan–ABŞ münasibətlərinin əvvəlki və indiki vəziyyəti barədə fikirlərinin icmalını təqdim edib.

Nəşrin tam versiyasını “bakudialogues.ada.edu.az” saytından oxumaq və yükləmək olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri