Bakı Dövlət Sirkinin əmlakı satılıb? Açıqlama
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“Bakı Dövlət Sirkinin əmlakı - zirzəmidə olan mühərriklər, ümumilikdə 6-7 ton dəmir talan olunaraq satılıb”.
Bu iddia ilə “Qafqazinfo”ya əvvəllər sözügedən sirkdə pəhləvan kimi çalışmış Emin Süleymanov müraciət edib.
Onun sözlərinə görə, sirk rəhbərliyi fəhlələrə maaş əvəzinə oradakı əmlakı sataraq əldə edəcəkləri pulu götürməyə icazə verib: “Sirkin direktoru Nahid Ağayev fəhlələrə pul verə bilmədiyinə görə qanunsuz olaraq həmin əmlakın satılması ilə bağlı tapşırıq verib. Onlara bildirilib ki, əməkhaqlarını satışdan qazanacaqları puldan götürsünlər. Əslində isə sirk ölkə əhəmiyyətli memarlıq abidəsidir və qanunla qorunmalıdır. Bəs bu abidəni necə qoruyurlar? Axı onu bu günə qoymaq olmaz”.
İddialarla əlaqədar Bakı Dövlət Sirkinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Emin Süleymanov ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə həyata keçirilib. Bununla bağlı prosedurlar qanuni əsaslara söykənib və müvafiq qaydada icra olunub.
Müraciətdə qeyd edilən digər iddialara gəldikdə isə, həmin məqamlar aidiyyəti üzrə diqqətlə araşdırılıb, müxtəlif dövlət qurumlarına ünvanlanmış müraciətlər də daxil olmaqla, hərtərəfli qiymətləndirilib. Aparılmış araşdırmalar nəticəsində bu iddiaların təsdiqini tapmadığı və obyektiv faktlara əsaslanmadığı müəyyən edilib”.
Gülnar Əliyeva




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 01 May 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















