Bakı Dövlət Universiteti Azərbaycan elmi və təhsilinin flaqmanıdır Adil Kərimli
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Bakı Dövlət Universiteti (BDU) Azərbaycan elminin və təhsilinin flaqmanı hesab olunur. Bu ali təhsil müəssisəsi bütövlükdə Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Qədim və zəngin Azərbaycan mədəniyyətini təmsil edən BDU ölkənin elmi və mədəni xəzinəsinə mühüm töhfələr verib. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti adlandırıb".
Redaktor.az xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli BDU-nun “Məzun günü”ndə deyib. O bildirib ki, BDU milli sərvətimiz və mühüm mədəni dəyərimizdir: “Bu mədəni dəyərin formalaşdırdığı təhsil ekosistemi və akademik mühit minlərlə gəncin yetişməsinə xidmət edir. Universitet ölkəmizin güclənməsinə, inkişafına və tərəqqisinə töhfə verir, gənclərimiz üçün mühüm həyat məktəbi rolunu oynayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət elm və təhsil siyasətinin uğurla icrasında Bakı Dövlət Universitetinin böyük xidmətləri var. Bu gün də qeyd olunduğu kimi, universitetin dünya ali təhsil müəssisələri arasında əldə etdiyi yüksək reytinq təsadüfi deyil. Bu nailiyyətlər burada çalışan müəllimlərin, alimlərin, texniki heyətin və tələbələrin zəhməti, əzmkarlığı və fədakarlığı sayəsində qazanılıb.
İnanıram ki, Bakı Dövlət Universiteti bundan sonra da dövlətimizi, Azərbaycanımızı və onun dəyərlərini dünyada layiqincə tanıtmağa davam edəcək, dünya elmində, təhsilində və mədəniyyətində ölkəmizin mövqeyinin möhkəmlənməsinə öz davamlı töhfələrini verəcək” (Azərtac).
Baxış sayı:150
Bu xəbər 12 İyun 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















