Bakı Dövlət Universitetində dayanıqlı şəhər mobilliyinə dair infosessiya təşkil edilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə Bakı Dövlət Universitetində (BDU) “Dayanıqlı şəhər mobilliyi: Bakı şəhərində bu istiqamətdə görülmüş və planlaşdırılan işlər” mövzusunda infosessiya keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb, universitetin sosial layihələrindən bəhs edib. Həmçinin dayanıqlı şəhər konsepsiyasına uyğun olaraq keçirilən layihələrin və fəaliyyətlərin artıq zərurətə çevrildiyini bildirib.
AYNA-nın Daxili kommunikasiya və tədbirlərin təşkili şöbəsinin müdiri Elmira Abbasova infosessiyada mikromobillik infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı görülmüş işlər barədə tələbələrə məlumat verib. Qeyd edib ki, mikromobilliyin tətbiqi əhalinin mobilliyini artırmaq, şəhər mərkəzlərində nəqliyyat yükünü azaltmaq və ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır. Dünyanın bir çox şəhərlərində olduğu kimi, paytaxt Bakıda da nəqliyyat sıxlığının aradan qaldırılması, velosiped, elektrik mühərrikli kiçik nəqliyyat vasitələri istifadəçiləri və digər yol istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə işlər görülür. İndiyədək Bakı şəhərində 31 küçə və prospektdə mikromobillik zolağı təşkil edilib. Bu zolaqların 100 kilometrə çatdırılması nəzərdə tutulur.
Daha sonra Bakı şəhərində mikromobilliyin təkmilləşdirilməsinə dair həyata keçirilməli olan tədbirlər barədə tələbələrlə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.
Tədbirin sonunda BDU ərazisində təlimçilərin iştirakı ilə velosiped turu təşkil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 13 Oktyabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















