Bakı Dövlət Universitetinin müəllimi vəfat etdi Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı Dövlət Universitetinin (BDU) Politologiya və sosiologiya kafedrasının dosenti, fəlsəfə elmləri namizədi Fazil Vahidov vəfat edib.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, o, 73 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, F. Vahidov 1941-ci ilin martında Ağsu rayonunun Nuran kəndində anadan olub. 1958-ci ildə Ağsu qəsəbə orta məktəbini bitirib. 1958-1963-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxuyub.
1972-ci ildə "Ömər Faiq Nemanzadənin dünyagörüşü" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1970-2024-cü illərdə BDU-da müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 1992-2006-cı illərdə isə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində dekan olub.
BDU-da fəaliyyət göstərdiyi dövrdə çoxsaylı təltif və mükafatlara layiq görülüb. 2019-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 26 Noyabr 2024 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















