Icma.az
close
up
RU
Bakı Əbu Dabi əməkdaşlığında sərkərdə uzaqgörənliyi

Bakı Əbu Dabi əməkdaşlığında sərkərdə uzaqgörənliyi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Qədim yunanlarıın “strategiya” sözü “sərkərdə mədəniyyəti” anlamı daşıyıb

Bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var. Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizin işğaldan azad edilmiş ərazilərində görüşləri, aparılan danışıqlar, imzalanan sənədlər və müzakirə edilən perspektiv planlar barədə çox yazıldı, kifayət qədər danışıldı.

Mənim üçün maraqlı olan məqamlardan biri o idi ki, politoloq, ekspert və jurnalistlərin demək olar ki hamısı Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələrin strateji xarakter daşıdığını deyirdilər. Bu fikirləri eşidəndə hələ gənclik illərimizdən ali məktəb müəllimlərimizin əzbərlətdiyi “strategiya” ifadəsinə bir daha nəzər saldım. İlk dəfə qədim Yunanıstanda gündəliyə gətirilmiş bu ifadənin müasir Azərbaycan dilindəki yazılış formasını yuxarıda yada saldım. İfadənin izahlı şərhi isə belədir: “Strategiya – təşkilatın vəzifələrinin həyata keçirilməsini və onun öz məqsədlərinə çatmasını təmin etmək üçün müəyyən edilmiş uzunmüddətli və hərtərəfli kompleks planı özündə əks etdirir. Strategiya rəhbərlik tərəfindən hazırlanır, lakin onun həyata keçirilməsi bütün idarəetmə səviyyələrinin iştirakını nəzərdə tutur. Strateji plan, konkret şəxs nöqteyi-nəzərindən deyil, bütün firmanın inkişafı nöqteyi-nəzərindən hazırlanmalıdır”.

Bu cümlələri oxuyanda Prezident İlham Əliyevin çıxışlarında bir neçə dəfə işlətdiyi sözlər yadıma düşdü. Dövlət başçımız xatırladırdı ki, biz xarici siyasətdə heç zaman cari, gündəlik və ya birillik, ikiillik planlara əsaslanmırıq. Biz öz fəaliyyətimizi uzunmüddətli, kompleks, strateji planlara istinadən qurur və davam etdiririk. Bu isə Heydər Əliyev siyasi kursunun mühüm tərkib hissələrindən biridir.

İndi diqqət yetirək. Azərbaycan coğrafi baxımdan yaxın qonşuları ilə (son zamanlar bu arealdakı xəstə təfəkkürlülərin səhv addımlarının fəsadları ilə üzləşsək belə), Türkdilli dövlətlər, İslam ölkələri, Avropa İttifaqı, Qoşulmama Hərəkatına üzv olan ölkələrlə və ümumiyyətlə, hamı ilə əməkdaşlıqda səmimi, ədalətli və sədaqətlidir. Eləcə də, hamıdan bu münasibətlərin qarşılığını gözləyir. Ancaq əməkdaşlıq etdiyimiz ölkələrin hamısı ilə strateji tərəfdaş deyilik və bu, çətin məsələdir. Amma o da həqiqətdir ki, qeyd etdiyimiz siyasi məkanların hamısında strateji tərəfdaşlarımız var. Birləşmiş Ərəb Əmirlikləri həmin tərəfdaşlarımızdan biridir.

Məlum olduğu kimi, Birləşmiş Ərəb Əmirlikləri müasir dünyada öz inkişafı ilə seçilən dövlətlərdəndir. İndi dünyanın hər yerində etiraf edirlər ki, BƏƏ neft kapitalının insan kapitalına çevrilməsinə nail olub. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən qısa müddət sonra–1991-ci il dekabrın 26-da ölkəmizlə əməkdaşlığa hazır olduğunu bildirən bu müsəlman dövləti həm ayrılıqda, həm də Ərəb Dövlətləri Liqasının tərkibində istənilən tribunadan rəsmi Bakının mövqeyini müdafiə edib, daim Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib.

O da faktdır ki, Ərəb Dövlətləri Liqasının bütün üzvləri Azərbaycanın vaxtilə sədrlik etdiyi Qoşulmama Hərəkatının da üzvləridir. Onlar dönə-dönə qeyd edirlər ki, islamofobiya meyillərinə qəti şəkildə qarşı çıxan Azərbaycan 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında başladılan “Bakı Prosesi” sayəsində müsəlman ölkələri ilə Avropa dövlətlərinin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verdi. Ekspertlər yazırlar ki, Birləşmiş Ərəb Əmirlikləri informasiya-kommunikasiya texnologiyaları sahəsində və digər beynəlxalq platformalarda ölkəmizə qarşı birmənalı mövqeyi ilə fərqlənib.

Yuxarıda Heydər Əliyev siyasi kursunu yada saldıq. Həmin kursda xüsusilə qeyd edilən istiqamətlərdən biri də İslam dünyası, ərəb ölkələri ilə əlaqələr idi. Həm Bakıda, həm də Əbu-Dabidə hamı məmnundur ki, Heydər Əliyevin təməlini qoyduğu ikitərəfli əlaqələr indi uğurla davam etdirilərək yeni inkişaf mərhələsinə qaldırılıb. Xarici İşlər Nazirliyinin Azərbaycan – BƏƏ əməkdaşlığı barədə elektron materialında qeyd edilir ki, hələ 2005-ci ildə Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. 2006-cı il noyabrın 20-21-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verib. Həmin səfər çərçivəsində iki ölkə arasında iqtisadi, ticari və texniki əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, həmçinin ali təhsil sahələrində əməkdaşlıq haqqında sazişlər bağlanıb.

Ölkələrimiz arasındakı əməkdaşlığın strateji xarakter alması istiqamətində atılan əsas addımlardan biri də Prezident İlham Əliyevin 2016-cı ilin fevralında reallaşdırdığı Əbu-Dabi səfəri olmuşdur. Bu barədə olan materiallarda qeyd edilir ki, səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

O ki qaldı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfərinə və onun işğaldan azad edilən Şuşa şəhərində qarşılanmasına – birmənalı şəkildə yaza bilərik ki, bu fakt strateji tərəfdaşlığın bariz nümunəsi idi. Həmin səfərdən söz açarkən iki məqamı xüsusilə qeyd etmək istərdim. Cənab şeyx Azərbaycana səfərini Bakıya gəlməklə də yekunlaşdıra bilərdi. Ancaq Bakı ilə Əbu-Dabi həmin səfəri məhz işğaldan azad edilmiş ərazilərimizə istiqamətləndirdilər. Bu, təsadüfi deyildi. Çünki indiyədək Azərbaycan dövlətini dost, xalqımızı və liderimizi qardaş adlandıran ölkələrin bir neçəsinin Prezidenti bizim işğaldan azad edilmiş ərazilərimizdə olublar. BƏƏ rəhbərliyi də Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İran dövlət başçıları kimi dövlətimizin dostu, xalqımızın qardaşı olduğunu sübut etdi.

Xüsusilə qeyd etmək istədiyimiz ikinci məqam isə Şuşada “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”nin imzalanmasıdır. Həmin Bəyannamədə iki dövlət arasındakı iqtisadi və siyasi münasibətlərin inkişaf etdirilməsinin zəruriliyi vurğulanır və inkişafın tərəflər üçün faydalı olduğu nəzərə çatdırılır. Bəyannamədə ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın davam edəcəyi öz əksini tapıb.

Adıçəkilən sənəd Hərtərəfli Strateji tərəfdaşlıq – parlamentlərarası, müdafiə, təhlükəsizlik və kibertəhlükəsizlik, iqtisadi, enerji sektorunda, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığı, həmçinin sosial sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsi kimi olduqca mühüm sahələri əhatə edir. Yəni, bu sənəd sırf strateji tərəfdaşlıq istiqamətində atılmış mühüm addımdır.

Ekspertlərin fikrincə, sənədin 8-ci bəndi tərəflərə milli və regional təhlükəsizliyə təhdid yaranan vəziyyətlərdə qarşılıqlı məsləhətləşmələr aparmaq imkanı verir. Xüsusi halda, komitə çərçivəsində (həmin komitə bundan sonra yaradılacaq) fövqəladə iclasların keçirilməsi razılaşdırıla bilər. Bu mexanizm tərəflərin təhlükəsizlik məsələlərində vahid mövqe formalaşdırması və mümkün risklərə vaxtında və koordinasiyalı reaksiya verməsi baxımından önəmlidir.

Bu sətirləri BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Şuşada səsləndirdiyi fikirlərlə tamamlamaq istəyirik: “Qardaşım, cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olmasına çox böyük əhəmiyyət verir, Azərbaycan başda olmaqla, bütün xalqların mənafeyi üçün bölgənin bütün ölkələri ilə əlaqələrini və əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır. Bu xüsusda Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilmiş nailiyyətlərin və müsbət inkişafın davam etməsini səbirsizliklə gözləyirik. Bu münasibətlə Birləşmiş Ərəb Əmirlikləri dövlətinin regionda sülhün və əmin-amanlığın bərqərar olmasına, buradakı xalqların sülh şəraitində yaşamasına hər cür dəstək verməyə hazır olduğunu bir daha vurğulayırıq”.

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri