Icma.az
close
up
RU
Bakı etdi, indi də qardaş ölkə sınayacaq İlk dəfə

Bakı etdi, indi də qardaş ölkə sınayacaq İlk dəfə

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Özbəkistan əhalinin siyahıyaalınmasına hazırlaşarkən Azərbaycanın təcrübəsindən fəal şəkildə istifadə edib.

Globalinfo.az bildirir ki, bunu “Report”a açıqlamasında Özbəkistan Milli Statistika Komitəsinin sədri Behzod Hamrayev Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunun kuluarlarında deyib.

Onun sözlərinə görə, iki ölkənin statistika qurumları arasında sıx və məhsuldar münasibətlər qurulub.

“Bizim 1998-ci ildə imzalanmış bir sazişimiz var. Bu saziş çərçivəsində bir neçə istiqamətdə sıx əməkdaşlıq edirik. Birinci istiqamət əhalinin siyahıyaalınmasıdır. Gələn ilin yanvarında Özbəkistanda 36 il ərzində ilk dəfə olaraq əhalinin siyahıyaalınmasının keçirilməsi planlaşdırılır. Biz Azərbaycanın təcrübəsini diqqətlə öyrəndik, dəfələrlə təcrübə mübadiləsi apardıq. Azərbaycan Dövlət Statistika Komitəsindən olan həmkarlarımız bizə siyahıyaalmanın təşkili, anketlərin və metodologiyanın işlənib hazırlanmasında böyük kömək ediblər. Bu əməkdaşlıq çox səmərəli olub”, – B.Hamrayev qeyd edib.

Onun sözlərinə görə, əməkdaşlığın ikinci istiqaməti statistikanın inkişaf strategiyaları və proqramları ilə bağlıdır.

“Azərbaycan bu sahədə təxminən 5-6 proqram həyata keçirib. Özbəkistanda statistikanın inkişafına dair ilk strategiya 2019-cu ildə hazırlanıb. Onun hazırlanması zamanı biz azərbaycanlı həmkarlarımızın təcrübəsini fəal şəkildə öyrənərək istifadə etdik”, – komitə sədri bildirib.

B.Hamrayev üçüncü istiqamət kimi statistik hesabatların optimallaşdırılmasını, o cümlədən seçmə tədqiqatlar və müasir informasiya texnologiyalarının tətbiqini vurğulayıb. “Azərbaycan qabaqcıl təcrübəyə malikdir və bunu bizimlə bölüşür, biz bu təcrübə mübadiləsini yüksək qiymətləndiririk”, – o bildirib.

Sədr xatırladıb ki, Özbəkistan Dünya Bankı ilə birlikdə 2026-2030-cu illər üçün Statistikanın inkişafına dair yeni milli strategiya hazırlayır.

“Biz Dünya Bankının Vaşinqton ofisinin ekspertləri ilə əməkdaşlıq edir və ilin sonunadək sənəd layihəsini hazırlamağı planlaşdırırıq. Eyni zamanda, biz Azərbaycanla əməkdaşlığa həmişə açığıq və yeni strategiyanın işlənib hazırlanması sahəsində təcrübəmizi bölüşməyə hazırıq”, – B.Hamrayev vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri