Bakı Fond Birjasından AZƏRMAŞ GROUP istiqrazları ilə bağlı qərar
Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
20 noyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRMAŞ GROUP" MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Bu barədə Marja.az Birjaya istinadən xəbər verir.

Qeyd edək ki, emitent tərəfindən istiqrazların aşağıda qeyd olunmuş şərtlər daxilində geri satın almaq hüququ nəzərdə tutulur:
27-ci ayda – 2 500 000 AZN həcmində;
30-cu ayda – daha 2 500 000 AZN həcmində;
33-cü ayda – daha 2 500 000 AZN həcmində;
36-cı ayda – daha 2 500 000 AZN həcmində;
İstiqrazlar üzrə digər məlumatlar aşağıdakı kimidir:
Emitentin adı: "AZƏRMAŞ GROUP" MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001027302
İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz (nominal dəyərinin 60 faizi üzrə İKZF tərəfindən zəmanət verilmiş)
Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı: 10 000 ədəd
İlkin ticarət qiyməti: 1000 manat
İstiqrazların buraxılış həcmi: 10 000 000 manat
İllik gəlirlilik faizi: 13%
Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir ödəniləcəkdir
Tədavül müddəti: 3 il
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Noyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















